إعدادات العرض
Sizlərdən biriniz, mən ona valideynindən, övladından və bütün insanlardan sevimli olmayınca iman gətirmiş olmaz
Sizlərdən biriniz, mən ona valideynindən, övladından və bütün insanlardan sevimli olmayınca iman gətirmiş olmaz
Ənəsdən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Sizlərdən biriniz, mən ona valideynindən, övladından və bütün insanlardan sevimli olmayınca iman gətirmiş olmaz.
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी ئۇيغۇرچە Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili မြန်မာ ไทย Deutsch 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands සිංහල தமிழ் دری Magyar Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių Malagasy Română Kinyarwanda नेपाली Српски Soomaali Moore Українська Български Wolofالشرح
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bizə xəbər verir ki, müsəlman, Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) olan sevgisini anasına, atasına, oğluna, qızına, bütün insanlara olan sevgisindən üstün tutmadıqca kamil imana nail olmaz. Bu məhəbbət, ona itaəti, dəstək olmağı və ona asi olmamağı tələb edir.فوائد الحديث
Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) məhəbbətin vacibliyi və bütün yaradılmışlara olan sevgidən üstün olması.
Mükəmməl məhəbbətin əlamətindən: Allah Rəsulunun sünnəsini dəstəkləmək və bu yolda canı və malı ilə çalışmaq.
Peyğəmbəri (Allahın salavatı və salamı onun üzərinə olsun) sevmək , onun əmrlərinə itaət etməyi, xəbər verdiklərini təsdiq etməyi, qadağan etdiklərindən uzaq durmağı gərəkdirir, ona tabe olmağı və bidətləri tərk etməyi zəruri edir.
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) üzərimizdə olan haqqı bütün insanlardan daha əzəmətli və daha önəmlidir, çünki o, bizim zəlalətdən çıxıb hidayətə qovuşmağımıza, cəhənnəmdən xilasımıza və cənnəti qazanmağımıza səbəbdir.
التصنيفات
Qəlb əməlləri