Kim astrologiya ilə baxıcılıq elminə yiyələnərsə, sehrin bir növünə yiyələnmiş olar, bu yöndə elmi artıqca günahı da artar

Kim astrologiya ilə baxıcılıq elminə yiyələnərsə, sehrin bir növünə yiyələnmiş olar, bu yöndə elmi artıqca günahı da artar

İbn Abbasdan (Allah onların hər ikisindən razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: Kim astrologiya ilə baxıcılıq elminə yiyələnərsə, sehrin bir növünə yiyələnmiş olar, bu yöndə elmi artıqca günahı da artar.

[Səhih] [Əbu Davud,İbnu Məcə və Əhməd rəvayət etdi]

الشرح

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan edir ki, kim ulduz və bürc elmini, onların hərəkətlərini, çıxıb-batmalarını yer üzündəki kiminsə ölümü, həyatı, xəstəliyi kimi gələcəkdə baş verəcək bənzəri hadisələrə dəlil olması məqsədilə öyrənərsə, artıq sehrdən bir hissə öyrənmiş olar və bu sahədə elmini artırdıqca, sehrdə daha da dərinləşər.

فوائد الحديث

Ulduzların hərəkətlərinə əsaslanaraq gələcəkdən xəbər verməyin-yəni münəccimliyin haram olması, çünki bu qeybi bilmək iddiasıdır.

Münəccimlik tövhidlə ziddiyyət təşkil edən sehrin növlərindəndir, lakin istiqamətləri, qibləni, mövsüm və ayların daxil olması üçün ulduzlara baxmaq icazəlidir.

Münəccimlik biliyi artdıqca, sehr növləri haqqında bilik də artır.

Uca Allah ulduzların üç faydasını kitabında qeyd etmişdir: Səma üçün bəzək, hərəkət istiqamətini tapmaq üçün işarələr, şeyrtanlara atılan daşlar kimi istifadə.

التصنيفات

İslamı batil edən amillər