Sizlərdən biriniz bir münkər gördükdə, onu əli ilə dəyişsin, əgər bacarmırsa, dili ilə dəyişsin, əgər onu da bacarmırsa, qəlbi ilə dəyişsin, bu isə imanın ən zəif dərəcəsidir

Sizlərdən biriniz bir münkər gördükdə, onu əli ilə dəyişsin, əgər bacarmırsa, dili ilə dəyişsin, əgər onu da bacarmırsa, qəlbi ilə dəyişsin, bu isə imanın ən zəif dərəcəsidir

Əbu Səid əl-Xudridən (Allah ondan razı olsun) rəvayətə görə o belə demişdir: Mən, Allah Rəsulunun (Allahın salamı və salavatı onun üzərinə olsun) belə dediyini eşitdim: "Sizlərdən biriniz bir münkər gördükdə, onu əli ilə dəyişsin, əgər bacarmırsa, dili ilə dəyişsin, əgər onu da bacarmırsa, qəlbi ilə dəyişsin, bu isə imanın ən zəif dərəcəsidir".

[Səhih] [Muslim rəvayət etdi]

الشرح

Peyğəmbər (Allahın salamı və salavatı onun üzərinə olsun) müsəlmana, Allahın və Onun rəsulunun qadağan etdiyi hər bir münkəri gücü çatacağı şəkildə dəyişməyi əmr etmişdir. Əgər bir şəxs münkər görərsə, gücü çatırsa, onu əli ilə dəyişməsi vacibdir. Əgər bunu bacarmazsa, onu dili ilə dəyişməlidir. Yəni: həmin əməl sahibini o pis işdən çəkindirməli, bu əməlin ona olan zərərini bəyan etməli və onu, bu şərin əvəzinə xeyirli bir işə yönəltməlidir. Əgər bu üslubla da bacarmazsa, bu zaman onu qəlbi ilə dəyişməlidir. Yəni: o əmələ qəlbi ilə nifrət etməli və gücü çataçağı təqdirdə onu dəyişəcəyinə əzm etməlidir. Münkəri qəlblə inkar etmək, münkəri dəyişmədə imanın ən zəif dərəcəsidir.

فوائد الحديث

Bu hədis, münkərin dəyişdirilmə mərtəbələrini izah edən əsas hədisdir.

Münkəri qadağan etməkdə mərhələlər və hər kəsin bacarığı və qüdrəti daxilində olmasının əmr ediməsi.

Münkərdən çəkindirmək, dində hər bir müsəlmana vacib olan əzəmətli mövzudur və hər bir müsəlman da bacardığı qədər bununla mükəlləfdir.

Yaxşılığı əmr edib, münkərdən çəkindirmək imanın xüsusiyyətlərindəndir. İman artır və azalır.

Edilən bir felin münkər olduğunu bilmək, münkərdən çəkindirməkdə şərtdir.

Həmçinin münkəri dəyişdirdikdə, ondan da daha böyük bir münkərin ortaya çıxmaması, münkəri dəyişdirməkdə olan şərtlərdən biridir.

Münkərdən çəkindirmənin ədəb və şərtləri vardır ki, müsəlmanın onları öyrənməsi lazımdır.

Münkəri inkar etmək, şəri siyasəti bilməyi və həmçinin elm və bəsirət sahibi olmağı tələb edir.

Münkəri qəlb ilə də olsa inkar etməmək, imanın zəif olduğuna dəlalət edir.

التصنيفات

İmanın artması və azalması, Yaxşılığı əmr etməyin və pislikdən çəkindirməyin hökmü, Principles of Enjoining Good and Forbidding Evil