إعدادات العرض
Əgər mən gündəlik fərz namazlarını qılıb, Ramazan orucunu tutub, Allahın halalını halal, haramını haram olaraq etiqad etsəm
Əgər mən gündəlik fərz namazlarını qılıb, Ramazan orucunu tutub, Allahın halalını halal, haramını haram olaraq etiqad etsəm
Cabirdən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o belə demişdir: Bir kişi Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) soruşaraq dedi: Əgər mən gündəlik fərz namazlarını qılıb, Ramazan orucunu tutub, Allahın halalını halal, haramını haram olaraq etiqad etsəm, bunlara başqa heç bir əməl əlavə etməsəm, Cənnətə daxil olaram? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) ona: "Bəli"- deyərək cavab verdi. Bu zaman kişi: Allaha and olsun ki, bunlara başqa bir əməl əlavə etməyəcəm- dedi.
الترجمة
العربية Kurdî English Kiswahili Español اردو Português বাংলা Bahasa Indonesia فارسی தமிழ் हिन्दी සිංහල Tiếng Việt മലയാളം Русский မြန်မာ ไทย پښتو অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands ئۇيغۇرچە Türkçe Bosanski Hausa తెలుగు دری Ελληνικά Български Fulfulde Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių Malagasy or Română Kinyarwanda Српски тоҷикӣ O‘zbek नेपाली Moore Oromoo Wolof Tagalog Soomaali Français Українська bm Deutsch ქართული Македонски Magyar 中文الشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bu hədisdə bizə, beş vaxt fərz namazı qılıb, nafilə olaraq başqa namaz qılmayan, Ramazan orucunu tutub, nafilə olaraq başqa nafilə oruc tutmayan, halalların halal olduğunu etiqad edib, onları edən və haramların da haram olduğunu etiqad edib, onlardan çəkinən kimsənin Cənnətə girəcəyini bəyan etmişdir.فوائد الحديث
Müsəlman, fərzləri yerinə yetirməyə və haramları tərk etməyə həris olmalı və əsas qayəsi də Cənnətə daxil olmaq olmalıdır.
Hədisdə, halalı halal olaraq etiqad edib, onu etməyin və haramı da haram olaraq etiqad edib, ondan çəkinməyin əhəmiyyəti vurğulanmışdır.
Vacibləri yerinə yetirmək və haramlardan çəkinmək Cənnətə daxil olmaq üçün səbəbidir.