إعدادات العرض
Biz nəfsimizdə dilə gətirə bilməyəcək dərəcədə böyük bir hisslər keçiririk. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Həqiqətən bu hissləri keçirirsinizmi? "Onlar "Bəli" deyə, cavab verdilər. Allah Rəsulu (Allahın salavatı və salamı…
Biz nəfsimizdə dilə gətirə bilməyəcək dərəcədə böyük bir hisslər keçiririk. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Həqiqətən bu hissləri keçirirsinizmi? "Onlar "Bəli" deyə, cavab verdilər. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Bunu hiss etməyiniz sizin həqiqi imanınızı göstərir
Əbu Hureyranın (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) səhabələrindən bəziləri gəlib ondan soruşdular:Biz nəfsimizdə dilə gətirə bilməyəcək dərəcədə böyük bir hisslər keçiririk. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Həqiqətən bu hissləri keçirirsinizmi? "Onlar "Bəli" deyə, cavab verdilər. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Bunu hiss etməyiniz sizin həqiqi imanınızı göstərir."
الترجمة
العربية English မြန်မာ Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands اردو Español Bahasa Indonesia ئۇيغۇرچە বাংলা Türkçe Bosanski සිංහල हिन्दी Tiếng Việt Kurdî Hausa മലയാളം తెలుగు Kiswahili ไทย پښتو অসমীয়া Shqip دری Ελληνικά Български Fulfulde Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių Malagasy or Română Kinyarwanda Српски тоҷикӣ O‘zbek नेपाली Moore Oromoo Wolof Soomaali Tagalog Français Українська bm தமிழ் Deutsch ქართული Português Македонски Magyar فارسی Русский 中文الشرح
Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) səhabələrindən bir qrup şəxs onun yanına gələrək, nəfslərinə gələn, lakin, çirkinliyinə görə dilə gətirilməyəcək qədər ağır olan fikirlər haqqında soruşurlar. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: Həqiqətən şeytanın qəlbə təlqin (vəsvəsə) etdiyi şeyləri dilə gətirməyə mane olan səbəb, içinizdəki narahatçılıq, onun nəfsinizdə böyük iz qoyması, səmimi imanın və yəqinliyin əlamətidir. Şeytan mudafiəsiz görüb qərar tutduğu qəlblərdən fərqli olaraq, sizin qəlblərinizi ələ keçirməyi bacarmadı.فوائد الحديث
Şeytanın iman əhlinə qarşı zəif olmasının bəyanı, çünki (onlara qarşı) vəsvəsədən başqa bir şeyə qadir deyil.
Nəfsə vəsvəsədən gələnləri təsdiqləməmək və qəbul etməmək, çünki bunlar şeytandandır.
Şeytanın vəsvəsəsi möminə zərər verməz, lakin o, (şeytanın) vəsvəsəsindən Allaha sığınmalı və bu vəsvəsəni bitirməyə çalışmalıdır.
Müsəlmana, dini ilə əlaqəli çətin gələn məsələdə sakit qalıb susması icazəli deyil, bu barədə soruşmalıdır.