إعدادات العرض
Şeytanın qurduğu hiyləni vəsvəsəyə çevirən Allaha həmd olsun" - dedi
Şeytanın qurduğu hiyləni vəsvəsəyə çevirən Allaha həmd olsun" - dedi
İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət olunur ki, Bir adam Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gələrək: "Ey Allahın Rəsulu, bizlərdən birimiz qəlbində elə bir şey hiss edir ki, öz içində yanan bir alov kimi olması başqalarına söyləməsindən daha sevimli gəlir" dedi. Buna cavab olaraq Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun): "Allahu Əkbər! Allahu Əkbər! Şeytanın qurduğu hiyləni vəsvəsəyə çevirən Allaha həmd olsun" - dedi.
الترجمة
ar en my sv cs gu yo nl ur es id ug bn tr bs si hi vi ha ml te sw ps as sq prs el bg ff kn ky lt or ro rw sr tg uz ne mos ku wo so fr tl uk bm ta de ka pt mk hu fa ru zh km mg omالشرح
Bir adam Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gələrək: "Ey Allahın Rəsulu, bizdən birimiz qəlbinə sıxıntı verən və onu dilə gətirə bilməyəcək dərəcədə böyük bir şey hiss etdikdə, onun içində yanan bir alov kimi olması, o sözü söyləməsindən daha sevimlidir " dedi. Buna cavab olaraq Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) iki dəfə təkbir gətirdi və şeytanın qurduğu hiyləni vəsvəsəyə çevirən Allaha həmd etdi.فوائد الحديث
Şeytanın, möminləri izləyərək imandan çıxarıb küfrə atmaq üçün vəsvəsə verməsinin bəyanı.
Şeytanın iman əhlinə qarşı zəif olmasının bəyanı, çünki vəsvəsədən başqa bir şeyə qadir deyil.
Mömin, şeytanın vəsvəsələrindən yayınmalı və onları özündən dəf etməlidir.
Gözəl, xoş və ya bunlara bənzər bir şey olduqda təkbir gətirməyin dində buyurulmuş bir əməl olması.
Şəriət, müsəlmanın ağlını qarışdıran hər bir şeyi alimdən soruşmasını buyurmuşdur.