إعدادات العرض
Allah doğru yola misal çəkir. Yolun iki tərəfində iki divar, divarlarda açılmış qapılar, qapıların üzərinə isə endirilmiş qeyri şəffaf pərdələr vardır. Yolun qapısında bir bələdçi çağırış edir: Ey insanlar, hamınız doğru yola yönəlin, ondan dönməyin
Allah doğru yola misal çəkir. Yolun iki tərəfində iki divar, divarlarda açılmış qapılar, qapıların üzərinə isə endirilmiş qeyri şəffaf pərdələr vardır. Yolun qapısında bir bələdçi çağırış edir: Ey insanlar, hamınız doğru yola yönəlin, ondan dönməyin
Nəvvas bin Səman Əl Ənsaridən (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: Allah doğru yola misal çəkir. Yolun iki tərəfində iki divar, divarlarda açılmış qapılar, qapıların üzərinə isə endirilmiş qeyri şəffaf pərdələr vardır. Yolun qapısında bir bələdçi çağırış edir: Ey insanlar, hamınız doğru yola yönəlin, ondan dönməyin. Kimsə bu qapılardan birini açmaq istədikdə, yolun yuxarısından başqa bir bələdçı səslənir: Vay olsun sənə, qəti o qapını açma, çünki açsan ora girəcəksən. Yol-İslamdır, divarlar isə -Allahın qoyduğu hüdudlardır, açılmış qapılar- haramlardır. Yolun başında duran bələdçi- Allahın kitabıdır. Yolun yuxarısındakı bələdçi isə hər bir müsəlmanın qəlbindəki nəsihətçidir.
الترجمة
العربية English မြန်မာ Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands اردو Español Bahasa Indonesia ئۇيغۇرچە বাংলা Türkçe Bosanski සිංහල हिन्दी Tiếng Việt Hausa മലയാളം తెలుగు Kiswahili ไทย پښتو অসমীয়া Shqip دری Ελληνικά Български Fulfulde Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių Malagasy Română Kinyarwanda Српски тоҷикӣ O‘zbek नेपाली Kurdî Wolof Moore Soomaali Français Oromoo Tagalog Українська தமிழ் bm Deutsch ქართული Português Македонски Magyar Русский 中文 فارسیالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan edir ki, uca Allah İslamı doğru və onda əyrilik olmayan yol ilə misal gətirmişdir. Bu yolun iki tərəfində onu əhatə edən iki divar vardır ki, bunlar Allahın hüdudlarıdır. Bu iki divarın daxilinə qapılar açılır ki, bunlar da haramlardır. Bu qapılarda pərdələr vardır ki, yoldan keçən kəs içəridə kim olduğunu görə bilməz.Yolun əvvəlində insanları yönləndirən və onları istiqamətləndirən carçı var ki, onlara belə söyləyər: "Yolun kənarlarına çıxmadan üzərində düz gedin" Bu carçı Allahın kitabıdır. Yolun yuxarısında başqa bir carçı var ki, hər dəfə yol ilə gedən kəs bu qapıların pərdələrini azacıq açmaq istəyəndə onu danlayaraq deyir: "Vay olsun sənə, qətiyyən o pərdəni açma! Əgər açsan, oradan girəcəksən və girməmək üçün özünü saxlaya bilməyəcəksən "Bu isə hər bir müsəlmanın qəlbində olan nəsihətçidir."فوائد الحديث
İslam haqq dindir və o bizi cənnətə götürəcək doğru yoldur.
Allahın qoyduğu qayda-qanunlara, Onun halal və haram etdiklərinə riayət etməyin vacibliyi. Bu məsələdə səhlənkarlıq həlak doğurur.
Əzəmətli Quranın fəziləti və onda olan əhkamlara əməl etməyə təşviq. Quranda hidayət, nur və qurtuluş vardır.
Allahın qullarına olan rəhməti və möminləri təlimatlandırıb onları həlakdan qorumağı.
Uca Allahın rəhmətindəndir ki, O, qulların günahlara düşmələrinə mane olan əngəllər qoymuşdur.
Təlim vasitələrindən biri də, mənanın daha aydın olması üçün misal çəkməkdir.