Allahummə əntəs-sələmu, və minkəs-sələmu, təbəraktə zəl-cələli vəl-ikram. (Allahım! Salam Sənsən və əminamanlıq Səndəndir. Ey əzəmət və ehtiram sahibi! Sən xeyirxahsan

Allahummə əntəs-sələmu, və minkəs-sələmu, təbəraktə zəl-cələli vəl-ikram. (Allahım! Salam Sənsən və əminamanlıq Səndəndir. Ey əzəmət və ehtiram sahibi! Sən xeyirxahsan

Sovbəndən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) namazını bitirdikdə üç dəfə (əstəğfirullah deyərək) istiğfar edər və belə deyərdi:"Allahummə əntəs-sələmu, və minkəs-sələmu, təbəraktə zəl-cələli vəl-ikram. (Allahım! Salam Sənsən və əminamanlıq Səndəndir. Ey əzəmət və ehtiram sahibi! Sən xeyirxahsan". Əl-Vəlid buyurur ki: Əvzaiyədən soruşdum: İstiğfar necə olur? Dedi: Əstəğfirullah, Əstəğfirullah (Allahdan bağışlanma diləyirəm).

[Səhih] [Muslim rəvayət etdi]

الشرح

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) namazını bitirdikdən sonra: "Əstəğfirullah, Əstəğfirullah, Əstəğfirullah (Allahdan bağışlanma diləyirəm)." deyərdi. Sonra Rəbbinin şənini bu sözlərlə ucaldardı: Allahummə əntəs-sələmu, və minkəs-sələmu, təbəraktə zəl-cələli vəl-ikram. (Allahım! Salam Sənsən və əminamanlıq Səndəndir. Ey əzəmət və ehtiram sahibi! Sən xeyirxahsan). Allah Öz sifətlərində kamil və nöqsansızdır, bütün noqsan və eyblərdən pakdır. Buna görə də uca Allahdan dünya və axirət şərlərindən salamatlıq istəyirsən, Ondan başqasından istəyə bilməzsən. Bütün nöqsanlardan pak, ehsan və əzəmət sahibi olan Allahın hər iki dünyada xeyiri saysız hesabsızdır.

فوائد الحديث

Namazdan sonra istiğfar etməyin və bunda davamlı olmağın müstəhəb olması.

İbadətdəki nöqsanları tamamlamaq, itaətdəki nöqsanları aradan qaldırmaq üçün istiğfar etməyin müstəhəb olması.

التصنيفات

Namazın zikirləri