إعدادات العرض
Həqiqətən izzət və cəlal sahibi olan Allah sizi atalarınızın adına and içməyi qadağan edir
Həqiqətən izzət və cəlal sahibi olan Allah sizi atalarınızın adına and içməyi qadağan edir
Ömər bin Əl-Xəttabdan (Allah ondan razı olsun) Allahın Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir: "Həqiqətən izzət və cəlal sahibi olan Allah sizi atalarınızın adına and içməyi qadağan edir", Ömər dedi: Vallahi, Allah Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) bu qadağanı eşitdikdən bəri nə öz sözüm olaraq, nə də nəql olaraq bu cür and içmədim.
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Hausa Português Kurdî മലയാളം Kiswahili සිංහල Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá ئۇيغۇرچە Tiếng Việt ไทย پښتو অসমীয়া دری Кыргызча or नेपाली Malagasy Română Kinyarwanda తెలుగు Lietuvių Oromoo Nederlands Soomaali Shqip Српски Deutsch Українська ಕನ್ನಡ Wolof Moore ქართული Magyar தமிழ்الشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bizə xəbər vermişdir ki, uca Allah ataların adına and içməyi qadağan edir, ona görə də kim and içmək istəyirsə, ancaq Allaha and içsin, Ondan qeyrisinə and içməsin. Sonra Ömər bin Əl-Xəttab (Allah ondan razı olsun) Allah Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) bu qadağanı eşitdiyi andan nə qəsdən, nə də başqasından nəql olaraq Allahdan qeyrisinə and içmədiyini söyləmişdir.فوائد الحديث
Allahdan qeyrisinə and içmək haramdır. Burada ataların adına and içmək adəti xüsusi qeyd olunur, çünki bu növ andiçmə cahiliyyə dövrünün adətlərindəndir.
And içmə: Hər hansı bir məsələnin yəqinliyi və təsdiqi üçün Allaha, Onun adlarına, sifətlərinə and içmək.
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) əmrinə dərhal tabe olması, gözəl anlayışı və qadağadan çəkinməsi Ömərin (Allah ondan razı olsun) fəzilətinin göstəricisidir.
التصنيفات
Üluhiyyə tövhidi