إعدادات العرض
Əgər it birinizin qabından içərsə, onu yeddi dəfə yusun
Əgər it birinizin qabından içərsə, onu yeddi dəfə yusun
Əbu Hureyradan (Allah ondan razı olsun) belə söylədiyi rəvayət edilir: Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: "Əgər it birinizin qabından içərsə, onu yeddi dəfə yusun"
الترجمة
العربية Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Türkçe اردو 中文 हिन्दी Tagalog ئۇيغۇرچە Hausa Português Kurdî Kiswahili සිංහල অসমীয়া ગુજરાતી Tiếng Việt Nederlands नेपाली پښتو ไทย Svenska മലയാളം Кыргызча Română తెలుగు Malagasy ಕನ್ನಡ Oromoo Српски ქართული Moore Kinyarwanda Magyar Македонски Čeština Українська Wolof Lietuvių አማርኛالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) it qaba dilini salarsa, onu yeddi dəfə yumağı əmr etmişdir. Ardınca su ilə yuyulması üçün onlardan birincisi torpaqla olur və beləliklə qabın (itin ağız suyunun) nəcasət və zərərindən tam təmizlənməsi hasil olur.فوائد الحديث
İtin ağız suyu çox güclü nəcasətdir.
İtin qabı yalaması onu da, içindəki suyu da nəcis edir.
Torpaqla təmizlənmək və yeddi dəfə təkrar yumaq yalnız itin ağız suyundan təmizlənməyə aiddir, lakin onun sidiyi, nəcisi və digər bulaşdırdığı şeylərə aid deyil.
Qabın torpaqla yuyulma şəkli: Qabın içinə su tökülür və ona torpaq əlavə edilir, sonra bu qarışıqla qab yuyulur.
Hədisin zahiri mənası bütün itlərə, hətta ov, gözətçi və mal-qara (çoban) itləri kimi şəriətin saxlanılmasına icazə verdiyi itlərə də aiddir.
Sabun və aşnan bitkisi (paltarı və əlləri yumaqda istifadə edilən bitki) torpağı əvəz etmir; çünki Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) torpağı birmənalı olaraq qeyd etmişdir.