Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) Ənsar haqqında belə dediyini rəvayət edilir: "Onları yalnız mömin sevər və münafiqdən başqa heç kim onlara nifrət etməz. Kim onları sevsə, Allah da onu sevər. Kim onlara nifrət edərsə, Allah da ona nifrət…

Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) Ənsar haqqında belə dediyini rəvayət edilir: "Onları yalnız mömin sevər və münafiqdən başqa heç kim onlara nifrət etməz. Kim onları sevsə, Allah da onu sevər. Kim onlara nifrət edərsə, Allah da ona nifrət edər”

Bəradan (Allah ondan razı olsun) belə söylədiyi rəvayət edilir: Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) Ənsar haqqında belə dediyini rəvayət edilir: "Onları yalnız mömin sevər və münafiqdən başqa heç kim onlara nifrət etməz. Kim onları sevsə, Allah da onu sevər. Kim onlara nifrət edərsə, Allah da ona nifrət edər”.

[Səhih] [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]

الشرح

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu ki, Mədinə əhlindən olan Ənsarı sevmək kamil imanın əlamətidir. Bu, onların İslamı və Peyğəmbəri (Allahın salavatı və salamı onun üzərinə olsun) dəstəkləməkdə öndə olmaları , müsəlmanlara sığınacaq vermək üçün çalışmaları və Allah yolunda mal və canlarını verdiklərinə görədir. Onlara nifrət etmək isə nifaq əlamətidir. ​ Sonra Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan etdi ki, kim Ənsarı sevərsə, Allah da onu sevər, kim onlara nifrət edərsə, Allah da ona nifrət edər.

فوائد الحديث

Bunda Ənsarlar üçün böyük fəzilət vardır. Çünki onları sevmək iman əlaməti və nifaqdan uzaq olmaq deməkdir.

Allahın övliyalarını (dostlarını) sevmək və onlara dəstək vermək Allahın qulunu sevməsinin səbəbidir.

İslama ilk girənlərin fəziləti.

التصنيفات

İmanın şöbələri, Səhabələrin fəziləti (Allah onlardan razı olsun)