Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) və mən, hər ikimiz də cünub olduqda bir qabdan yuyunardıq. Mən heyz olduqda isə, mənə (göbəkdən dizlərə qədər) örtünməyi əmr edər və mənimlə (cinsi əlaqə olmadan) yaxınlıq edərdi

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) və mən, hər ikimiz də cünub olduqda bir qabdan yuyunardıq. Mən heyz olduqda isə, mənə (göbəkdən dizlərə qədər) örtünməyi əmr edər və mənimlə (cinsi əlaqə olmadan) yaxınlıq edərdi

Möminlərin anası Aişədən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) və mən, hər ikimiz də cünub olduqda bir qabdan yuyunardıq. Mən heyz olduqda isə, mənə (göbəkdən dizlərə qədər) örtünməyi əmr edər və mənimlə (cinsi əlaqə olmadan) yaxınlıq edərdi. O, (məsciddə) etikafda olarkən başını mənə tərəf çıxarardı (Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) evi məscidə bitişik idi) və mən də heyzli olduğum halda onun başını yuyardım.

[Səhih] [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]

الشرح

Möminlərin anası Aişə (Allah ondan razı olsun) Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) ilə olan bəzi xüsusi halları haqqında xəbər vermişdir. Bunlardan biri də: O, Peyğəmbərlə (Allahın salavatı və salamı onun üzərinə olsun) birlikdə cənabət qüslu alıb, onunla birlikdə bir qabdan su götürərdi. O (Allahın salavatı və salamı onun üzərinə olsun), Aişə anamız (Allah ondan razı olsun) heyzli olduğu zaman onunla yaxınlıq etmək istədikdə, ona göbəyindən dizinə qədər bədənini örtməyi əmr edər və onunla cinsi əlaqəyə girmədən yaxınlıq edərdi. Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) məsciddə etikaf edərkən başını Aişəyə tərəf çıxarar və o, da evində heyzli ikən onun başını yuyardı. ​

فوائد الحديث

Kişinin həyat yoldaşı ilə birlikdə bir qabdan qüsl almasının icazəli olması.

Heyzli qadınla övrət yerindən başqa yaxınlıq etməyin icazəli olması və qadının bədəninin təmiz olması.

Heyzli qadının cinsi əlaqə zamanı izar (alt paltar) geyinməsinin müstəhəb (bəyənilən) olması.

Haramlara düşməyə mane olan səbəblərdən yapışmaq.

Heyzli qadının məsciddə qalmasının qarşısını almaq.

Heyzli qadının yaş və quru əşyalara toxunmasının icazəli olması. Bura saç yumaq və daramaq da daxildir.

Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) öz ailəsi ilə gözəl davranması.

التصنيفات

Peyğəmbərin (sallallahu aleyhi və səlləm) nikahda və ailəsi ilə davranışda olan yolu