Müsəlmanın müsəlman üzərində beş haqqı vardır: Salamını almaq, xəstələndiyində ziyarət etmək, cənazəsini müşayiət etmək, dəvətinə icabət etmək və asqırdıqda: (Əlhəmdulilləh) deyənə: (Yərhəmukəllah) (yəni: Allah sənə rəhmət etsin) deməkdir

Müsəlmanın müsəlman üzərində beş haqqı vardır: Salamını almaq, xəstələndiyində ziyarət etmək, cənazəsini müşayiət etmək, dəvətinə icabət etmək və asqırdıqda: (Əlhəmdulilləh) deyənə: (Yərhəmukəllah) (yəni: Allah sənə rəhmət etsin) deməkdir

Əbu Hureyradən -Allah ondan razı olsun- rəvayət edildiyinə görə, belə demişdir: Mən Allah Rəsulunun -salləllahu aleyhi va səlləm- belə dediyini eşitdim: "Müsəlmanın müsəlman üzərində beş haqqı vardır: Salamını almaq, xəstələndiyində ziyarət etmək, cənazəsini müşayiət etmək, dəvətinə icabət etmək və asqırdıqda: (Əlhəmdulilləh) deyənə: (Yərhəmukəllah) (yəni: Allah sənə rəhmət etsin) deməkdir."

[Səhih] [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]

الشرح

Peyğəmbər -salləllahu aleyhi va səlləm- bu hədisdə bir müsəlmanın müsləman qardaşı üzərindəki haqqlarından bəzilərini bəyan etmişdir. Bu haqqlardan birincisi, salam verən kimsənin salamını almaqdır. İkincisi: Xəstənin ziyarət edilməsidir. Üçüncüsü: Cənazəni evindən cənazə namazı qılınan yerə gətirilməsinə, oradan da məzarlığa dəfn edilməsinə qədər müşayiət etməkdir. Dördüncüsü: Toya və s. buna bənzər məclislərə dəvət ediləndə qardaşının dəvətinə icabət etməkdir. Beşincisi: Asqırdıqda: (Əlhəmdulilləh) deyən kimsəyə: (Yərhəmukəllah) (yəni: Allah sənə rəhm etsin) deməkdir. Asqıran kimsə də buna cavab olaraq: (Yəhdikumullahu va yuslih bələkum) (yəni: Allah sizi doğru yola yönəltsin və halınızı islah etsin) deyə cavab verir.

فوائد الحديث

Hədisdə müsəlmanlar arasında haqlara diqqət edilməsi, qardaşlıq və sevgi bağlarının qüvvətləndirilməsində İslamın böyüklüyü ifadə edilmişdr.

التصنيفات

Salam və icazə istəmə ədəbləri, Asqırma və əsnəmə ədəbləri, Xəstəni ziyarət etmə ədəbləri