إعدادات العرض
Günahını aşkarda edənlərdən başqa bütün ümmətim bağışlanacaq
Günahını aşkarda edənlərdən başqa bütün ümmətim bağışlanacaq
Əbu Hureyradan (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: “Mən Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: Günahını aşkarda edənlərdən başqa bütün ümmətim bağışlanacaq. Bir kişinin gecə pis iş görüb, sonra Allah o əməlini örtdüyü halda səhər qalxıb: Ey filankəs! -mən axşam belə bir iş etmişəm - deməsi, günahı aşkara çıxarmaqdan sayılır. Rəbbi gecə günahını örtdüyü halda, o, isə səhər Allahın örtdüyünü aşkar edir”.
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Tiếng Việt සිංහල ئۇيغۇرچە Kurdî Kiswahili Português தமிழ் Svenska ગુજરાતી አማርኛ Yorùbá Hausa پښتو অসমীয়া دری Кыргызча or Malagasy नेपाली Čeština Oromoo Română Nederlands Soomaali తెలుగు മലയാളം ไทย Српски Kinyarwanda ಕನ್ನಡ Lietuvių Shqip Wolof Українська Moore ქართული Magyar Македонскиالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan etmişdir ki, günahkar müsəlmanı Allahın əfv edib, bağışlayacağına ümid edilir. Lakin günahını təkəbbürlə və həyasızcasına insanlara bildirən kəs isə istisnadır-bağışlanmağa layiq deyidir. O, gecə günah işləyir, Allah da o günahı örtdüyü halda səhər başqasına dünən filan günahı işlətdiyini danışır. Rəbbi onun günahını örtdüyü halda gecələyir, səhər durduqda isə o, Allahın örtdüyünü açır (öz günahını aşkara çıxarır)!!فوائد الحديث
Uca Allah günahı örtdükdən sonra onu aşkara çıxarmağın çirkinliyi.
Günahı açığa çıxarmaqda möminlər arasında əxlaqsızlığı yaymaq var.
Allah bu dünyada kimin günahını örtərsə, axirətdə də örtəcək və bu Uca Allahın qullarına olan rəhmətinin genişliyindəndir.
Kim günaha düçar olarsa, öz günahını örtməli və Allaha tövbə etməlidir.
Günahlarını açığa çıxaran kəslərin əməllərinin günah baxımından böyüklüyü və özlərini bağışlanmadan məhrum etmələri.
التصنيفات
Asiliklərin məzəmmət edilməsi