Kim Qədr gecəsini imanla və savabını yalnız Allahdan umaraq ibadətlə keçirərsə, o kəsin keçmiş günahları bağışlanar

Kim Qədr gecəsini imanla və savabını yalnız Allahdan umaraq ibadətlə keçirərsə, o kəsin keçmiş günahları bağışlanar

Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: "Kim Qədr gecəsini imanla və savabını yalnız Allahdan umaraq ibadətlə keçirərsə, o kəsin keçmiş günahları bağışlanar.

[Səhih] [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]

الشرح

Peyğəmbər(Allahın salavatı və salamı onun üzərinə olsun) Ramazan ayının son on gecəsində olan Qədr gecəsini ibadətlə keçirməyin fəziləti barədə xəbər vermiş və bildirmişdir ki, kim bu gecəni namaz qılmaqla, Quran oxumaqla, dua və zikr etməklə keçirib, həmin gecənin varlığına və fəzilətinə iman gətirər, bu əməllərin savabını yalnız Allahdan umar, riyadan və şan-şöhrətdən uzaq durarsa, Allah onun keçmiş günahlarını bağışlayar.

فوائد الحديث

Qədr gecəsinin fəziləti və onu ibadətlə keçirməyə təşviq.

Saleh əməllər yalnız səmimi, doğru niyyətlə qəbul edilir.

Allahın qullarına lütfü və rəhmətidir ki, hər kimsə imanla və savabını yalnız Allahdan umaraq Qədr gecəsini ibadətlə keçirərsə, keçmiş günahları bağışlanar.

التصنيفات

Gecə namazı, Ramazan ayının son on günü