Oğul! Mən sənə bir neçə kəlimə öyrədəcəm: Allahın hududlarına qərəzsiz riayət et ki, Allah da səni qorusun. Allahın hüdudlarına riayət et ki, Onu öz qarşında görəsən. Nəyisə istədikdə, Allahdan istə. Kömək istədikdə, yalnız Allahdan kömək istə

Oğul! Mən sənə bir neçə kəlimə öyrədəcəm: Allahın hududlarına qərəzsiz riayət et ki, Allah da səni qorusun. Allahın hüdudlarına riayət et ki, Onu öz qarşında görəsən. Nəyisə istədikdə, Allahdan istə. Kömək istədikdə, yalnız Allahdan kömək istə

İbn Abbasdan (Allah ondan və atasından razı olsun) belə dediyi rəvayət edilir: Bir gün mən Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) (miniyində) onun tərkində ikən o mənə buyurdu: " Oğul! Mən sənə bir neçə kəlimə öyrədəcəm: Allahın hududlarına qərəzsiz riayət et ki, Allah da səni qorusun. Allahın hüdudlarına riayət et ki, Onu öz qarşında görəsən. Nəyisə istədikdə, Allahdan istə. Kömək istədikdə, yalnız Allahdan kömək istə. Bil ki, bütün insanlar sənə xeyir vermək üçün toplaşsalar belə, Allahın yazdığından artıq sənə heç bir xeyir verə bilməzlər. Həmçinin sənə zərər vermək üçün cəm olsalar belə yenə də Allahın sənə yazdığından artıq zərər verə bilməzlər. (Artıq) qələmlər qaldırılmış, səhifələr (mürəkkəbi) qurumuşdur"

[Səhih] [Ət-Tirmizi rəvayət etdi]

الشرح

İbn Abbas (Allah ondan və atasından razı olsun) xəbər verir ki, o azyaşlı olarkən Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) ilə birgə minik üstündə idi. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) ona belə buyurdu: Sənə Allah qatında fayda verəcək bəzi məsələləri və qaydaları öyrədəcəm: Allahı, əmrlərini yerinə yetirərək və qadağalarından çəkinərək mühafizə ki, səni, itaətdə və Ona yaxınlaşdıran əməllərdə qeyd etsin, haram və günahlarda adını çəkməsin. Bunu etsən, sənin mükafatın, Allahın səni dünya və axirət müsibətlərindən qoruması, hara getsən işlərində sənə yardım etməsi olacaq. Bir şey istədikdə, yalnız Allahdan istə, çünki dua edənlərin duasını yalnız O qəbul edir. Kömək istədikdə, yalnız Allahdan kömək istə. Əmin ol ki, yer üzündə olan bütün insanlar sənə fayda vermək üçün toplaşsalar, Allahın sənə yazdığından artıq fayda verə bilməzlər. Yer üzündəki bütün insanlar toplaşıb sənə zərər vermək istəsələr, Allahın sənə təqdir etdiyindən artıq zərər verə bilməzlər. İzzət və cəlal sahibi Allah bu məsələni, hikmətinin və elminin tələbinə uyğun təqdir edib yazmışdır. Allahın yazdığı məsələlərdə isə heç bir dəyişiklik ola bilməz.

فوائد الحديث

Azyaşlılara və uşaqlara tövhid (Allahın təkliyi), ədəb və digər dini məsələlərinin öyrədilməsinin əhəmiyyəti.

Əməlin mükafatı yaxud cəzası, onun növündəndir

Yalnız Allaha təvəkkül edib, ona etimad etmək əmr edilmişdir. O nə gözəl qoruyandır.

Qəza və qədərə iman edib, ondan razı qalmaq,

(bilmək lazımdır ki) həqiqətən Allah hər şeyi təqdir etmişdir

Kim Allahın əmrinə riayət etməzsə, Allah da onu qoruyub, mühafizə etməz.

التصنيفات

Qəza və qədərin mərtəbələri