إعدادات العرض
Dürüstlük (doğru danışmaq) üzərinizə vacibdir, çünki dürüstlük xeyirə, xeyir isə cənnətə aparır
Dürüstlük (doğru danışmaq) üzərinizə vacibdir, çünki dürüstlük xeyirə, xeyir isə cənnətə aparır
Abdullah bin Məsuddan (Allah ondan razı olsun) belə söylədiyi rəvayət edilir: Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: Dürüstlük (doğru danışmaq) üzərinizə vacibdir, çünki dürüstlük xeyirə, xeyir isə cənnətə aparır, insan o qədər doğru danışar və ona bağlı qalar ki, hətta Allah yanında doğru danışan kimi yazılar. Yalandan çəkinin, çünki, yalan pisliyə, pislik isə oda aparır. İnsan o qədər yalan danışar və ona bağlı qalar ki, hətta Allah yanında yalançı kimi yazılar.
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Tiếng Việt සිංහල Hausa Kurdî Português தமிழ் অসমীয়া Kiswahili ગુજરાતી Nederlands پښتو नेपाली മലയാളം Svenska ไทย Кыргызча Română Malagasy ಕನ್ನಡ Српски తెలుగు ქართული Moore Magyar Македонски Čeština Українська Lietuvių Kinyarwandaالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) dürüstlüyü (doğru danışmağı) əmr etmiş və ona bağlılığın daimi saleh əmələ səbəb olduğunu və xeyir əməl etməkdə davamlı olmağın isə sahibini Cənnətə aparacağını xəbər vermişdir. Və insan gizli və aşkarda dürüstlüyə davam etdikcə Siddiq adını qazanmağı haqq edər. Və bu dürüstlük söünün mübaliğə (gücləndirilmiş) şəklidir. Sonra o, yalan və batil söz danışmaqdan çəkindirdi. Çünki, o, doğru yoldan kənara çıxmağa, şərrə, fitnə-fəsad və günah əməllərə sövq edir ki, bu da sonra onu cəhənnəmə aparır və (insan) o qədər çox yalan danışmağa davam edər ki, Allah yanında yalançılardan yazılar.فوائد الحديث
Dürüstlük zəhmətlə qazanılan və əldə edilən nəcib bir əxlaqdır ki, insan o qədər doğru danışar və ona bağlı qalar ki, doğruluq onun üçün bir xüsusiyyət və təbiət halına gələr, o, Allah yanında siddiq və xeyirxah kəslərdən biri kimi yazılar.
Yalan məzəmmət olunan (pislənən) bir əxlaqdır, onun sahibi bunu uzun müddət sözdə və əməldə işləməklə qazanar ki, hətta artıq onun əxlaq və xasiyyətinə çevrilər, sonra da həmin kəs Allah yanında yalançılardan yazılar.
Dürüstlük yalanın əksi olan dilin doğruluğunu, ixlas olan niyyətin düzgünlüyünü və niyyət edilən xeyirə əzmkarlıqda sadiqliyi, əməldə dürüstlüyü -bu da ən azından gizli və aşkar halın bərabər olmasıdır-, ümid, qorxu və digər məqamlarda doğruluğu ifadə edir. Bunların hamısı kimdə olarsa o, siddiq olar, bunların bəzisi kimdə olarsa, o, sadiq olar.
التصنيفات
Gözəl əxlaq