إعدادات العرض
Allah kimə xeyir dilərsə, onu dində anlayış sahibi edər
Allah kimə xeyir dilərsə, onu dində anlayış sahibi edər
Muaviyə (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət edir: "Allah kimə xeyir dilərsə, onu dində anlayış sahibi edər, mən sadəcə nemətləri bölüb paylayanam, (nemətləri) yetirən isə Allahdır. Bu ümmət Allahın əmri gəlincəyə (Qiyamətə qədər) qədər Onun əhkamları üzərində olacaq, onlara müxalif olanlar onlara zərər vura bilməyəcəklər.
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी ئۇيغۇرچە Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili မြန်မာ ไทย Deutsch 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands සිංහල தமிழ் دری Fulfulde Magyar Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių Malagasy Română Kinyarwanda नेपाली Српски Soomaali Moore Українська Български Wolofالشرح
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bildirir ki, Allah kimə xeyir istəsə, onu pak olan Allahın dinində anlayış istedadına yiyələndirər. Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) uca Allahın verdiyi ruzini, elmi və digər şeyləri bərabər bölüb paylayandır. Həqiqi mənada yetirən Allahdır, başqaları isə yalnız Allahın izni ilə fayda verə biləcək səbəblərdəndir. Bu ümmət Qiyamətə qədər Allahın əhkamları üzərində olacaq, əleyhdarları isə onlara zərər verə bilməyəcəklər.فوائد الحديث
Şəriət elminin və onu öyrənməyin əzəməti və fəziləti, və bu elmə təşviqin önəmi.
Bu ümmət üçün haqqı uca tutmaq mütləqdir, əgər bir qrup insan buna əməli etməzsə, digərləri onları əvəz edər.
Dini düzgün anlamaq neməti, uca Allahın quluna xeyir istəməsindən irəli gəlir.
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) yalnız Allahın əmri və istəyi ilə bəxş edir və o heç bir şeyin sahibi deyildir.
التصنيفات
Elmin fəziləti