Quran sahibinə deyiləcək: Oxu və yüksəl, dünyada tərtil ilə oxuduğun kimi burada da tərtillə oxu, şübhəsiz ki, sənin dərəcən, oxuduğun son ayəyə qədərdir

Quran sahibinə deyiləcək: Oxu və yüksəl, dünyada tərtil ilə oxuduğun kimi burada da tərtillə oxu, şübhəsiz ki, sənin dərəcən, oxuduğun son ayəyə qədərdir

Abdullah bin Amrdan (Allah onların hər ikisindən razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Quran sahibinə deyiləcək: Oxu və yüksəl, dünyada tərtil ilə oxuduğun kimi burada da tərtillə oxu, şübhəsiz ki, sənin dərəcən, oxuduğun son ayəyə qədərdir."

[Həsən] [Əbu Davud, Ət-Tirmizi, Ən-Nəsai Əl-Kubrada,Əhməd rəvayət etdi]

الشرح

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, Quranı oxuyana, əhkamlarına əməl edənə, oxuyaraq əzbərləyənə, cənnətə daxil olarkən deyiləcək: Quranı oxu və cənnətin dərəcələrinə bununla yüksəl, dünyada tələsmədən rahatlıqla aramla oxuduğun kimi burada da elə oxu. Şübhəsiz ki, sənin son yerin, oxuduğun son ayəyə qədərdir.

فوائد الحديث

Mukafat əməllərin keyfiyyət və kəmiyyətinə uyğun verilir.

Quranı oxumağa, əzbərləməyə, onu düşünüb anlamağa çalışmağa və əhkamlarına əməl etməyə təşviq.

Cənnətdə bir çox məqamlar və dərəcələr vardır. Quran sahibləri orada ən üstün dərəcələrə nail olur.

التصنيفات

Qurana qayğı göstərməyin fəziləti, Qurani-Kərimin fəziləti