إعدادات العرض
Kim bir namazı unudarsa onu xatırladığı zaman qılsın. Onun kəffarəsi ancaq budur
Kim bir namazı unudarsa onu xatırladığı zaman qılsın. Onun kəffarəsi ancaq budur
Ənəs bin Məlik (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət etmişdir: "Kim bir namazı unudarsa onu xatırladığı zaman qılsın. Onun kəffarəsi ancaq budur". {Məni xatırlamaq üçün namaz qıl!} [Ta-Ha Surəsi: 14].
[Səhih] [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]
الترجمة
العربية English မြန်မာ Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands اردو Bahasa Indonesia ئۇيغۇرچە বাংলা Türkçe සිංහල हिन्दी Tiếng Việt Hausa తెలుగు Kiswahili ไทย پښتو অসমীয়া دری Кыргызча Lietuvių Kinyarwanda नेपाली മലയാളം Italiano Bosanski ಕನ್ನಡ Kurdî Oromoo Română Shqip Soomaali Српски Wolof Українська Tagalog தமிழ் Moore Malagasy فارسی ქართული 中文 Magyarالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) fərz namazlarından hər hansı birini vaxtı çıxdıqdan sonra xatırlayan kimsənin, xatırladığı zaman o namazı qəza etməyə tələsməsini və bu namazı tərk etmənin günahını, xatırladığı an qılmasından başqa bir şey örtüb, silə bilməyəcəyini bəyan etmişdir. Uca Allah Qurani Kərimdə belə buyurmuşdur: {Məni xatırlamaq üçün namaz qıl!} [Ta-Ha Surəsi: 14]. Bunun mənası, yəni: unutduğun namazı xatırladığın zaman qıl deməkdir.فوائد الحديث
Bu hədisdə namazın əhəmiyyəti, namazı qılmaqda və ya qəza etməkdə səhlənkar yaşmamaq bəyan edilmişdir.
Heç bir üzür olmadan, qəsdli bir şəkildə namazın vaxtını gecikdirmək caiz deyildir.
Unudan kimsə xatırladığı, yatan kimsə də oyandığı zaman namazı qəza etməsi vacibdir.
Namaz qılınması qadağan olan vaxtlar da olsa belə namazların dərhal qəza edilməsi vacibdir.