Sizdən biri məscidə daxil olduqda: Allahumməftəh li əbvabə rahmətik [Allahım, Öz mərhəmət qapılarını mənim üçün aç!], məsciddən çıxdığı zaman isə: Allahummə inni əsəlukə min fədlik [Allahım, Sənin lütfündən di­ləyirəm] desin

Sizdən biri məscidə daxil olduqda: Allahumməftəh li əbvabə rahmətik [Allahım, Öz mərhəmət qapılarını mənim üçün aç!], məsciddən çıxdığı zaman isə: Allahummə inni əsəlukə min fədlik [Allahım, Sənin lütfündən di­ləyirəm] desin

Əbu Humeyddən və ya Əbu Useyiddən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "Sizdən biri məscidə daxil olduqda: Allahumməftəh li əbvabə rahmətik [Allahım, Öz mərhəmət qapılarını mənim üçün aç!], məsciddən çıxdığı zaman isə: Allahummə inni əsəlukə min fədlik [Allahım, Sənin lütfündən di­ləyirəm] desin".

[Səhih] [Muslim rəvayət etdi]

الشرح

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) məscidə daxil olarkən ümmətinə: «Allahım, Öz mərhəmət qapılarını mənim üçün aç!» deməsini, Uca Allahdan onun üçün rəhmət səbəblərini asanlaşdırmasını, məsciddən çıxakən: «Allahım, Sənin lütfündən di­ləyirəm» deməsini, Uca Allahdan lütfünü və halal ruzidən olan ehsanını onun üçün artırmasını istəməyi öyrətmişdir.

فوائد الحديث

Məscidə daxil olarkən və oradan çıxarkən bu duanı oxumağın müstəhəb olması.

Məscidə daxil olarkən Uca Allahdan rəhmət, çıxarkən Uca Allahın lütfünü istəməsinin hikmətlərindən də biri budur ki, məscidə daxil olan kimsə, onu, Allaha və Cənnətə yaxınlaşdıracaq şeylərlə məşğul olacağı üçün rəhmət ibarəsi istifadə edilmişdir. Məsciddən çıxdığında isə Allahın bəxş edəcəyi ruzini eldə etmək üçün yer üzündə səy edəcəyinə görə lütf ibarəsi istifadə edilmişdir.

Bu zikirlər, məscidə daxil olmaq və məsciddən çıxmaq istənildiyində deyilir.

التصنيفات

Məscidə girərkən və məsciddən çıxarkən edilən zikirlər, Məscidlərə aid əhkamlar