إعدادات العرض
“Aralarında it və zəng olan bir camaata mələklər yoldaşlıq etməz
“Aralarında it və zəng olan bir camaata mələklər yoldaşlıq etməz
Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: “Aralarında it və zəng olan bir camaata mələklər yoldaşlıq etməz."
[Səhih] [Muslim rəvayət etdi]
الترجمة
ar bn bs en es fa fr id ru tl tr ur zh hi ug ha ku pt si sv gu yo vi sw ps as prs ky or cs ne ro nl so te sr ml rw kn lt wo hu ka mos uk mk am mg sqالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər vermişdir ki, səfərdə olan bir qrup insanı it və ya heyvanların üstündən asılan və hərəkət etdikdə səs çıxaran zəng müşayiət edərsə, mələklər onlara yoldaşlıq etməz.فوائد الحديث
Ovçu və ya gözətçi itləri istisna olmaqla, itlərə sahib olmaq və saxlamaq qadağandır.
Yoldaşlıq etməkdən çəkinən mələklər rəhmət mələkləridir, əməlləri yazan mələklərə gəlincə, onlar qulları məskənlərində də, səfərlərində də tərk etmirlər.
Zənglərin qadağan edilməsi; çünki o şeytanın çalğı alətlərindən biridir və xristianların ibadətə çağırış alətinə bənzəyir.
Müsəlman mələkləri ondan uzaqlaşdıracaq hər şeydən uzaq durmağa həris olmalıdır.
التصنيفات
Mələklər