Ey Allaın elçisi, biz cihadı ən üstün əməl görürük, elə isə vuruşmayaqmı? O, dedi: “Xeyr, lakin (siz qadınlar üçün) ən üstün cihad qəbul olunmuş həccdir”

Ey Allaın elçisi, biz cihadı ən üstün əməl görürük, elə isə vuruşmayaqmı? O, dedi: “Xeyr, lakin (siz qadınlar üçün) ən üstün cihad qəbul olunmuş həccdir”

Möminlərin anası Aişədən (Allah ondan razı olsun) belə söylədiyi rəvayət edilir: Ey Allaın elçisi, biz cihadı ən üstün əməl görürük, elə isə vuruşmayaqmı? O, dedi: “Xeyr, lakin (siz qadınlar üçün) ən üstün cihad qəbul olunmuş həccdir”.

[Səhih] [Əl-Buxari rəvayət etdi]

الشرح

Səhabələr (Allah onlardan razı olsun) Allah yolunda cihad etməyi və düşmənlərlə vuruşmağı ən üstün əməllərdən hesab edirdilər. Aişə (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) soruşdu ki, onlar (qadınlar) da cihad etsinlərmi? Və Allahın Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) onları, onlar üçün ən yaxşı olan cihada yönəltdi. Bu isə Quran və Sünnəyə uyğun, günah və riyadan uzaq olan, qəbul olunmuş həccdir.

فوائد الحديث

Cihad kişilər üçün ən üstün əməllərdəndir.

Qadınlar üçün həcc cihaddan daha xeyirlidir və həcc etmək onlar üçün əməllərin ən üstünlərindəndir.

Əməllər, onu edən şəxsdən asılı olaraq daha üstün olur və fərqlənir.

Həcc cihad adlandırılmışdır, çünki bu, nəfs üçün mübarizədir, onda pul xərcləmək və bədənin güc sərf etməyi vardır. Buna görə də o Allah yolunda cihad kimi fiziki və maddi bir ibadətdir.

التصنيفات

Həcc və ömrənin fəziləti