Səflərinizi düzəldin, çünki, səflərin düzlüyü namazın kamilliyindəndir

Səflərinizi düzəldin, çünki, səflərin düzlüyü namazın kamilliyindəndir

Ənəs bin Məlikdən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Səflərinizi düzəldin, çünki, səflərin düzlüyü namazın kamilliyindəndir"

[Səhih] [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]

الشرح

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) namaz qılanlara səflərini düzəltməyi, bir-birindən qabağa keçməmələrini və geri durmamalarını əmr edir və səfləri düzəltməyin namazın tamamlanması və kamilliyinin bir hissəsi olduğunu, sıranın əyriliyinin isə namazda olan qüsur və ya çatışmazlıq olduğunu xəbər verir.

فوائد الحديث

Namazı tamamlayan və onu nöqsanlardan uzaqlaşdıran hər bir şeyə diqqət etməyin tələb olunması.

Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) elmi öyrətməkdə olan hikməti, çünki, şəriətin hikmətini bildirmək və nəfsləri əməl etməyə həvəsləndirmək üçün məsələnin hökmünü səbəbi ilə yanaşı qeyd etdi.

التصنيفات

İmam və onun arxasında namaz qılan şəxslərə aid hökmlər, Məscidlərə aid əhkamlar