إعدادات العرض
“Hər kim səmimi qəlblə Allahdan şəhidlik istəsə, yatağında ölsə belə, Allah onu şəhidlərin məqamına çatdırar.”
“Hər kim səmimi qəlblə Allahdan şəhidlik istəsə, yatağında ölsə belə, Allah onu şəhidlərin məqamına çatdırar.”
Səhl bin Huneyfdən (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir: “Hər kim səmimi qəlblə Allahdan şəhidlik istəsə, yatağında ölsə belə, Allah onu şəhidlərin məqamına çatdırar.”
[Səhih] [Muslim rəvayət etdi]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Hausa Kurdî Kiswahili Português සිංහල অসমীয়া ગુજરાતી Tiếng Việt Nederlands پښتو नेपाली Svenska മലയാളം Кыргызча Română తెలుగు ಕನ್ನಡ Српски ქართული Moore Kinyarwanda Magyar Македонски Čeština Українська Wolof Lietuvių Malagasyالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, kim Allah yolunda şəhadət və ölümü istəyərsə və bu niyyətində izzət və cəlal sahibi olan Allah üçün sadiq və ixlaslı olarsa, cihadda deyil, hətta yatağında ölsə belə, Allah ona, səmimi niyyətinə görə şəhidlərin dərəcələrini nəsib edər.فوائد الحديث
Səmimi niyyət və gücü yetəni etmək, tələb olunan əməl görülməsə belə, nəzərdə tutulan əcrə və savaba nail olmaq üçün səbəbdir.
İzzət və Cəlal sahibi Allah yolunda cihad etmək və şəhadəti istəməyə rəğbətləndirmək.
Uca Allahın bu ümmətə olan ikramı, çünki onlara az bir əməllə cənnətdə ən yüksək dərəcələr bəxş edir.