Allahım! Qəbrimi ibadət edilən bir büt (ibadət və sitayiş yeri) etmə!

Allahım! Qəbrimi ibadət edilən bir büt (ibadət və sitayiş yeri) etmə!

Əbu Hureyradan -Allah ondan razı olsun- rəvayət edilir ki, Peyğəmbər -salləllahu aleyhi va səlləm- belə demişdir: "Allahım! Qəbrimi ibadət edilən bir büt (ibadət və sitayiş yeri) etmə! Peyğəmbərlərinin qəbirlərini məscidlər(ibadətgah) edən qövmə Allah lənət emişdir".

[Səhih] [Əhməd rəvayət etdi]

الشرح

Peyğəmbər -salləllahu aleyhi va səlləm- Rəbbinə qəbrinin insanların təzim edərək ibadət edilən bütə çevirilməməsi və ona yönələrək səcdə edilməməsi üçün dua etdi. Sonra Peyğəmbər -salləllahu aleyhi va səlləm- peyğəmbərlərinin qəbirlərini məscidlərə çevirənlərin Allahın rəhmətindən qovulduqlarını xəbər verdi. Çünki qəbirləri məscidlərə çevirmək onlara ibadət etməyə və onların xeyir və ya zərər verə biləcəyinə etiqad etməyə səbəbdir.

فوائد الحديث

Peyğəmbərlərin və salehlərin qəbirlərində şəriətin qoyduğu həddi aşmaq, o qəbirləri Allahdan başqa ibadət olunan yerlərə çevirir. Şirkə vəsilə olan hər bir şeydən çəkinmək vacibdir.

Qəbir sahibinin Allaha nə qədər yaxın olub olmamasından asılı olmayaraq, qəbirlərinin təzim edilmək və yanında ibadət etmək üçün ziyarət edilməsi icazəli deyildir.

Qəbirlər üzərində məscidlərin bina(təsis) edilməsinin haram olması.

Cənazə namazı müstəsna olmaqla qəbirlər yanında namaz qılmağın haram olması.

التصنيفات

Şirk, Məscidlərə aid əhkamlar