إعدادات العرض
Ey Adəm oğlu, nə qədər ki, mənə dua edib ümid bəsləyirsən, sənin etdiyin günahları bağışlayaram və onlara əhəmiyyət vermərəm
Ey Adəm oğlu, nə qədər ki, mənə dua edib ümid bəsləyirsən, sənin etdiyin günahları bağışlayaram və onlara əhəmiyyət vermərəm
Ənəs bin Malikdən - radiyallahu anhu – belə dediyi rəvayət edilir : Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyini eşitdim: Uca Allah buyurdu: Ey Adəm oğlu, nə qədər ki, mənə dua edib ümid bəsləyirsən, sənin etdiyin günahları bağışlayaram və onlara əhəmiyyət vermərəm. Ey Adəm oğlu, əgər sənin günahların göydəki buludlara çatsa, sonra məndən bağışlanma diləsən, mən səni bağışlayaram və onlara əhəmiyyət vermərəm, ey Adəm oğlu, əgər sən mənə yer dolusu günahla gəlsən və mənə heç bir şeyi şərik qoşmadan mənimlə qarşılaşsan, mən səni yer dolusu bağışlanmayla qarşılayaram.
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Hausa Kurdî Português සිංහල অসমীয়া Kiswahili Tiếng Việt ગુજરાતી Nederlands پښتو नेपाली മലയാളം ไทย Svenska Кыргызча Română Malagasy ಕನ್ನಡ Српски తెలుగు ქართული Moore Magyar Македонски Čeština Українська Lietuvių Kinyarwanda አማርኛالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər vermişdir ki, Uca Allah qüdsü hədisdə buyurub: «Ey Adəm oğlu, nə qədər ki, mənə dua edib rəhmətimə ümid bəsləyirsən və ümidini kəsmirsən; bu günah və itaətsizlik böyük günahlardan olsa da belə, sənin günahını örtər və ona əhəmiyyət vermədən silərəm. Ey Adəm övladı, əgər sənin günahların göylə yerin arasını dolduraraq, onun hər tərəfinə çatıb, hər yerini bürüyəcək qədər çox olsa, sonra Məndən bağışlanma diləsən, çoxluğuna əhəmiyyət vermədən hamısını silib, bağışlayaram. Ey Adəm övladı, əgər ölümdən sonra yer dolusu günah və asiliklə mənim yanıma gəlsən və mənə heç bir şeyi şərik qoşmadan muvahhid olaraq ölmüsənsə; mən bu günah və asilikləri yer dolusu bağışlanma ilə qarşılayaram; Çünki mən bağışlaması geniş olanam və şirkdən başqa bütün günahları bağışlayıram.فوائد الحديث
Uca Allahın rəhmətinin, bağışlamasının və lütfünün genişliyi.
Tövhidin fəziləti və Allahın muvahhidlərin (Allaha, heç bir şeyi şərik qoşmadan ibadət edən kəslərin) günah və asiliklərini bağışlaması.
Şirkin təhlükəsi və Allahın müşrikləri bağışlamaması.
İbn Rəcəb demişdir: Bu hədis özündə, günahların bağışlanmasının hasil olduğu üç səbəbi əhatə etmişdir: Birincisi: ümid edərək dua etmək, ikincisi: istiğfar-Allahdan bağışlanma diləmək və tövbə etmək, üçüncüsü: tövhid üzərində ölmək.
Bu hədis peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) öz Rəbbindən nəql etdiyi hədisdir və o qüdsü və ya ilahi hədis adlanır və onun ləfzi və mənası Allahdandır, lakin Quranın hər şeydən fərqləndiyi, qiraəti ilə ibadət etmək, onun üçün təmiz olmaq, onunla (kafirlərə) meydan oxumaq və onları aciz buraxmaq və digər özünəməxsus xüsusiyyətləri onda yoxdur.
Günahlar üç növdür: Birincisi: Allaha şərik qoşmaq; və bunu Allah bağışlamır, İzzət və Cəlal sahibi olan Allah buyurur:{Həqiqətən, kim Allaha şərik qoşarsa, Allah ona Cənnəti haram etmişdir}.
İkincisi: Qulun Rəbbi ilə öz arasında olan günah və asiliklərlə özünə zülm etməsi: İzzət və cəlal sahibi olan Allah istəsə bunu bağışlayar və üzərindən keçər.
Üçüncüsü. Allahın heç birini (cəzasız) buraxmadığı günahlardır ki, bu da, qulların bir-birinə zülm etməsidir, ona görə də qisas almaq lazımdır.