إعدادات العرض
Dua ibadətdir
Dua ibadətdir
Numan bin Bəşirdən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: "Dua ibadətdir", sonra bu ayəni oxudu: {Rəbbiniz belə buyurdu: “Mənə dua edin ki, dualarınızı qəbul edim! Mənə ibadət etməyə təkəbbür göstərənlər zəlil bir halda cəhənnəmə girəcəklər.} [Ğafir:60]"
الترجمة
العربية తెలుగు हिन्दी Kurdî English Kiswahili Français فارسی தமிழ் සිංහල မြန်မာ Русский ไทย Deutsch 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands اردو Bahasa Indonesia ئۇيغۇرچە বাংলা Türkçe Bosanski Hausa മലയാളം دری Fulfulde Magyar ಕನ್ನಡ Кыргызча Lietuvių or Română Kinyarwanda Српски O‘zbek Moore नेपाली Oromoo Wolof Български Українська Português Tagalog ქართული Lingala тоҷикӣ Македонски bm 中文الشرح
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bildirir ki, dua ibadətin əsasıdır. Burada önəmli olan budur ki, edilən dua sırf Allah üçün olmalıdır, bu dua istər istək və tələb duası olsun, belə ki, Allah Təalədən dünya və axirətdə özünə fayda verən şeyləri umub və zərər verən şeyləri dəf etməyi istəsin, yaxud da ibadət duası olsun, bu isə Allahın sevib və razı qaldığı zahiri və batini əməllərdən və sözlərdən, həmçinin qəlbi ilə, bədəni ilə və mal-dövləti ilə icra edilən ümumi ibadətlərdən ibarətdir. Arxasınca Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) uca Allahın bu kəlamını dəlil gətirərək deyir: Uca Allah buyurur: {Mənə dua edin ki, dualarınızı qəbul edim! Mənə ibadət etməyə təkəbbür göstərənlər zəlil bir halda cəhənnəmə girəcəklər.}فوائد الحديث
Dua ibadətin əsasıdır və Allahdan başqasına yönəltmək olmaz.
Dua qulluğun həqiqətini, Uca Rəbbin qüdrətini, Onun kimsəyə ehtiyacı olmadığını və qulun Ona möhtaclığının etirafını özündə ehtiva edir.
Duanı tərk etməyə görə və Allaha ibadətdə təkəbbürlük etməyə görə şiddətli xəbərdarlıq edilmişdir. Allaha dua etməyə təkəbbürlük edənlər cəhənnəmə alçaldılmış və zəlil vəziyyətdə girəcəklər.
التصنيفات
Duanın fəziləti