إعدادات العرض
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bizə xütbətul-hacəni
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bizə xütbətul-hacəni
Abdullah bin Məsuddan (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bizə xütbətul-hacəni öyrətdi: Həqiqətən, həmd Allaha məxsusdur, Ondan kömək diləyir, Ondan bağışlanma diləyir və nəfsimizin şərlərindən Ona sığınırıq. Allah kimi doğru yola yönəltsə, onu heç kim azdıra bilməz, kimi azdırsa, heç kim onu doğru yola yönəldə bilməz. Şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq ilah yoxdur və şəhadət edirəm ki, Muhəmməd Onun qulu və rəsuludur, {Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın (törədib yer üzünə) yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir.} [ən-Nisa: 1], {Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!} [Ali-İmran: 102], {Ey iman gətirənlər, Allahdan qorxun və doğru söz söyləyin ki, Allah sizin əməllərinizi islah etsin və günahlarınızı bağışlasın. Kim Allaha və Onun Peyğəmbərinə itaət edərsə, böyük bir uğura nail olar.(Əl-Əhzab 70, 71)
الترجمة
العربية Bosanski English فارسی Français Bahasa Indonesia Русский Türkçe اردو हिन्दी 中文 বাংলা Español Kurdî Português മലയാളം తెలుగు Kiswahili தமிழ் සිංහල မြန်မာ ไทย 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands ئۇيغۇرچە Hausa دری Magyar Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių Malagasy Kinyarwanda नेपाली Română Српски Soomaali Deutsch Moore Українська Български Tagalog Wolof ქართულიالشرح
İbnu Məsud (Allah ondan razı olsun) xəbər verir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) nikah, cümə xütbələri və digər xütbələrdə və müəyyən ethiyaclarla əlaqəli mövzularda məclisin açılışı zamanı deyilən xutbətul hacəni onlara öyrətdi. Bu xütbə Allahın hər növ həmdə layiq olduğunu, yalnız Ondan yardım diləməyin vacib olduğunu və Onun heç bir şəriki olmadığını, insanın günahlarını başqalarından gizlətdiyini, günahları əfv etdiyini, nəfsin şərlərindən və digər bütün şərlərdən Ona sığınmağın vacibliyini açıqlayan böyük mənaları özündə əks etdirir. Sonra Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, hidayət Allahın əlindədir, Allah kimi doğru yola yönəldərsə, onu kimsə azdırmaz, azdırdığı kəsi isə doğru yola yönəldən olmaz. Sonra, Allahdan başqa ibadətə layiq məbud olmadığını bildirən tövhidin şəhadətini və Muhəmmədin Allahın qulu və rəsulu olduğunu bildirən risalənin şəhadətini söyləyir. Nəhayət bu xütbəni əmrləri yerinə yetirmək və qadağanlardan çəkinməklə, uca və cəlal sahibi olan Allahın razılğını umaraq təqvaya sahib olmaq, bunun mükafatı isə əməllərin, sözlərin saflaşması, günahların silinməsi və bağışlanması, gözəl dünya həyatı, Qiyamət günü cənnət müjdəsi kimi mövzuları özündə ehtiva edən üç ayə ilə xətm edir.فوائد الحديث
Nikah, cümə və digər xütbələrin bu xutbə ilə açılmasının müstəhəbliyi.
Xütbə Allaha həmd, iki şəhadət kəlimələrini və bəzi Quran ayələrini ehtiva etməlidir.
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) dinlərində ehtiyacı olduqları məsələləri sahəbələrinə öyrətməsi.
التصنيفات
Nikahın əhkamları və şərtləri