إعدادات العرض
Bilin ki, bir kişinin ona çatan hədis barədə öz oturacağının qoltuğuna rahat söykənərək belə söyləyəcəyi zaman yaxındadir: Bizimlə sizin aranızda Allahın kitabı var
Bilin ki, bir kişinin ona çatan hədis barədə öz oturacağının qoltuğuna rahat söykənərək belə söyləyəcəyi zaman yaxındadir: Bizimlə sizin aranızda Allahın kitabı var
Miqdəd bin Madikərib (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət etmişdir: Bilin ki, bir kişinin ona çatan hədis barədə öz oturacağının qoltuğuna rahat söykənərək belə söyləyəcəyi zaman yaxındadir: Bizimlə sizin aranızda Allahın kitabı var , orada nəyi halal gördüksə , onu halal bilərik, haram gördüyümüzü isə haram bilərik. Bilin ki, Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) haram etdikləri Allahın haram etdikləri kimidir .
الترجمة
العربية Kurdî English Kiswahili Español اردو Português বাংলা Bahasa Indonesia فارسی தமிழ் हिन्दी සිංහල Tiếng Việt മലയാളം Русский မြန်မာ ไทย پښتو অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands ئۇيغۇرچە Türkçe Bosanski Hausa తెలుగు دری Ελληνικά Български Fulfulde Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių Malagasy or Română Kinyarwanda Српски тоҷикӣ O‘zbek नेपाली Moore Oromoo Wolof Tagalog Soomaali Français Українська bm ქართული Deutsch mk Magyar lnالشرح
Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, bir qrup insanın toplaşdığı məclisdə , onlardan birinin öz oturacağının qoltuğuna söykəndiyi halda Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) ona bir hədis deyildikdə, o hədis barədə : "Bizimlə sizin aranızdakı məsələlərdə hökm verən Qurani Kərimdir və o bizə kifayətdir, orada nə halal tapsaq ona əməl edərik və nə haram görsək ondan uzaqlaşarıq" deməsi zamanı artıq yaxınlaşmışdır. Sonra Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan edir ki, onun sünnəsində haram etdiyi və ya qadağan etdiyi hər şey Allahın haram etdiyinin hökmü kimidir, çünki o, öz Rəbbinin hökmlərini çatdırır.فوائد الحديث
Sünnənin Quran kimi təzim edilməsi və ondan şəriət əhkamlarının götürülməsi.
Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) itaət Allaha itaətdir, ona asi olmaq isə Uca Allaha asi olmaqdır.
Sünnənin hüccət olmasının sübutu və sünnəni qəbul etməyib inkar edənlərə cavab.
Kim sünnədən üz çevirib, yalnız Quranla kifayətlənməyi iddia edərsə, o, onların hər ikisindən üz çevirmiş olur və Qurana tabeçiliyindəki iddiasında yalançıdır.
Peyğəmbərimizin (Allahın salavatı və salamı onun üzərinə olsun) gələcəkdə baş verəcək şeylər haqqında xəbər verməsi peyğəmbərliyin sübutudur və xəbər verdiyi kimi baş tutur.