Muhəmmədin nəfsi əlində olan Allaha and olsun ki, hovuzun qabları buludsuz zülmət gecədə, səmada görünən ulduz və səma cisimlərindən çoxdur

Muhəmmədin nəfsi əlində olan Allaha and olsun ki, hovuzun qabları buludsuz zülmət gecədə, səmada görünən ulduz və səma cisimlərindən çoxdur

Əbu Zərdən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Dedim: Ey Allahın Rəsulu, hovuzunun qabları necədir? Dedi:" Muhəmmədin nəfsi əlində olan Allaha and olsun ki, hovuzun qabları buludsuz zülmət gecədə, səmada görünən ulduz və səma cisimlərindən çoxdur, cənnətdəki qabdan içən kəs ömrünün sonuna qədər bir daha susamaz. Cənnətdən hovuza axın var, oradan içən bir daha susamaz. Eni ilə uzunluğu eyni olub, Amman ilə Əylə arasındakı məsafə qədərdir, suyu süddən daha ağ, baldan daha dadlıdır.

[Səhih] [Muslim rəvayət etdi]

الشرح

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) and içərək bildirir ki, hovuzun qabları Qiyamət günü səma cisimləri və uduzlarından sayca çox olacaq. Bu, ayın və buludların olmadığı zülmət gecədə aydın görünür, çünki aylı gecədə ulduzlar ayın işığının təsirindən aydın görünmür, buludlar da həmçinin ulduzların aydın görünməsinə mane olur. Cənnətdəki içkilərdən bu qablarla içənlər bir daha susamazlar və bu içənin ən son hiss etdiyi susuzluq olacaq. Hovuza cənnətdən axan iki kanal vardır və hovuzun eni ilə uzunluğu eynidir. Hovuzun sütunları bərabər məsafədədir, uzunluğu Şamın Bəlqə bölgəsindəki Amman şəhəri ilə, Şamın kənarında olan Eylə şəhərinin arasındakı məsafə qədərdir. Hovuzun suyu süddən daha ağ, baldan daha dadlıdır.

فوائد الحديث

Hovuz və orada olan nemətlərin sübutu.

Hovuzun möhtəşəmliyi- onun uzunluğu, eni, və qablarının çoxluğu ilə ifadə olunması.

التصنيفات

Axirət gününə iman