إعدادات العرض
Allah məxluqatın qədərini, yeri və göyləri yaratmazdan əlli min il öncə yazmışdır
Allah məxluqatın qədərini, yeri və göyləri yaratmazdan əlli min il öncə yazmışdır
Abdullah bin Amr bin Asdan (Allah onlardan razı olsun) rəvayət edildiyinə görə belə dedi: Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: Allah məxluqatın qədərini, yeri və göyləri yaratmazdan əlli min il öncə yazmışdır və (o zaman) Ərşi suyun üzərində idi.
[Səhih] [Muslim rəvayət etdi]
الترجمة
العربية English မြန်မာ Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands اردو Español Bahasa Indonesia ئۇيغۇرچە বাংলা Türkçe Bosanski සිංහල हिन्दी Tiếng Việt Kurdî Hausa മലയാളം తెలుగు Kiswahili ไทย پښتو অসমীয়া Shqip دری Ελληνικά Български Fulfulde Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių Malagasy or Română Kinyarwanda Српски тоҷикӣ O‘zbek नेपाली Moore Oromoo Wolof Soomaali Tagalog Français Українська bm தமிழ் Deutsch ქართული Português Македонски فارسی Magyar Русский 中文الشرح
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, Allah yeri və göyləri yaratmazdan əlli min öncə məxluqatın qədəriylə əlaqəli olan; həyat, ölüm, ruzi və digər baş verəcəkləri lövhu məhfuzda təfsilatı ilə yazmışdır və bütün bunlar, izzət və cəlal sahibi olan Allahın yazdığı kimi baş verir. Hər baş verən və olan Allahın qəza və təqdiriylədir. Qul üçün təqdir edilən şey ondan yan keçməz, ona yazılmayan şey isə onun başına gəlməz.فوائد الحديث
Qəza və qədərə imanın vacibliyi
Qədər: Allahın olacaq hər şeyi bilməsi, yazması, istəməsi və bunları yaratmasıdır.
Yerin və göylərin yaradılmasından öncə hər şeyin qədərinin yazıldığına iman etmək, qədərə razılıq və təslimiyyət doğurur.
Yerin və göylərin yaradılmasından öncə Rəhmanın ərşi suyun üzərində idi.
التصنيفات
Qəza və qədərin mərtəbələri