إعدادات العرض
Sənə şübhə verən şeyi, şübhə verməyən şeylə dəyiş
Sənə şübhə verən şeyi, şübhə verməyən şeylə dəyiş
Rəsulullahın (sallallahu aleyhi və səlləm) reyhan qoxulu nəvəsi Əbu Muhəmməd Həsən ibn Əli ibn Əbu Talib (Allah onların hər ikisindən razı olsun) demişdir: Mən Rəsulullahın (sallallahu aleyhi və səlləm) belə buyurduğunu yadda saxlamışam: "Sənə şübhə verən şeyi, şübhə verməyən şeylə dəyiş".
الترجمة
العربية Español አማርኛ English اردو Indonesia বাংলা Français Türkçe Русский Bosanski සිංහල हिन्दी 中文 فارسی Tiếng Việt Tagalog Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili தமிழ் ไทย Deutsch پښتو অসমীয়া Shqip Nederlands ગુજરાતી Кыргызча नेपाली Lietuvių دری Српски тоҷикӣ Kinyarwanda Română Magyar Čeština Moore Malagasy Oromoo ಕನ್ನಡ Wolof O‘zbek Українська ქართული Македонски ភាសាខ្មែរ ਪੰਜਾਬੀ मराठी Kirundi Kurmancî Bahasa Melayu မြန်မာالشرح
Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu hədisdə qadağan olub-olmamasında, haram və ya halal olub-olmamasında şəkk etdiyin söz və əməlləri, şəkk etmədiyin, yaxşı və halal olduğuna əmin olduğum şeylərlə dəyişməyi əmr etmişdir.فوائد الحديث
Müsəlman öz işlərini yəqinlik üzərində qurmalı, şübhəli olan şeyləri tərk etməli və dinində bəsirətli olmalıdır.
Şübhəli şeylərə düşməyin qadağan olunması.
Əgər arxayınlıq və rahatlıq istəyirsənsə, şübhə etdiyin şeyi tərk et və onu bir kənara qoy.
Allahın qullarına olan rəhməti. Belə ki, Uca Allah onlara nəfsə və ağıla rahatlıq gətirən işləri əmr etmiş, onları narahatlıq və çaşqınlıqa salan şeylərdən isə çəkindirmişdir.
