Bu, cinlərin səmada haqq sözünü eşidərək qapıb və dostlarının qulağına toyuğun dən yeyərkən qaqıldadığı kimi qaqıldayaraq eşitdiklərini onlara xəbər verməsidir, üstəlik ötürdükləri məlumata yüz yalan qatarlar.”

Bu, cinlərin səmada haqq sözünü eşidərək qapıb və dostlarının qulağına toyuğun dən yeyərkən qaqıldadığı kimi qaqıldayaraq eşitdiklərini onlara xəbər verməsidir, üstəlik ötürdükləri məlumata yüz yalan qatarlar.”

Aişədən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: İnsanlar Allah Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) kahinlər haqqında soruşdular. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) onlara dedi: "Onların dəyəri yoxdur." Dedilər: Ey Allahın Rəsulu, bəzən onların söylədikləri doğru çıxır. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu:Bu, cinlərin səmada haqq sözünü eşidərək qapıb və dostlarının qulağına toyuğun dən yeyərkən qaqıldadığı kimi qaqıldayaraq eşitdiklərini onlara xəbər verməsidir, üstəlik ötürdükləri məlumata yüz yalan qatarlar.”

[Səhih] [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]

الشرح

Allah Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) qeyb və gələcəkdə baş verəcək hadisələr barədə xəbər verənlər haqqında soruşdular. Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) cavab verdi ki: Onlara fikir verməyin, sözlərini götürməyin, etdiklərinə əhəmiyyət verməyin. Dedilər ki: Onların sözləri bəzən reallığa uyğun olur. Necə ki, filan ayda, filan gündə qeybi bir hadisənin baş verəcəyini xəbər verirlər və söylədikləri kimi doğru çıxır. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu ki, cinlər səmada eşitdikləri xəbəri qapıb, kahinlərdən olan dostlarına enərlər və eşitdiklərini onlara xəbər verərlər, sonra kahin səmadan eşitdiyinə yüz yalan əlavə edər.

فوائد الحديث

Kahinlərə inanmağın qadağan edilməsi və onların söylədiklərində bəzən doğruluq payı olsa belə çoxunun yalan və uydurma olması.

Səma, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) göndərilməsiylə, qulaq oğurluğu etməyə çalışanlar və göy daşlarından qurtulanlar istisna olmaqla, vəhydən və digər sözlərdən eşitmək istəyən şeytanlardan qorundu

Cinlər insanlardan özlərinə dost götürürlər.

التصنيفات

Üluhiyyə tövhidi, Cahiliyyə məsələləri