إعدادات العرض
Münafiqlərə ən ağır gələn namaz, işa və fəcr namazlarıdır. Əgər onlar bu iki namazda olan savabı bilsəydilər, sürünərək də olsa bu namazlara gələrdilər
Münafiqlərə ən ağır gələn namaz, işa və fəcr namazlarıdır. Əgər onlar bu iki namazda olan savabı bilsəydilər, sürünərək də olsa bu namazlara gələrdilər
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: "Münafiqlərə ən ağır gələn namaz, işa və fəcr namazlarıdır. Əgər onlar bu iki namazda olan savabı bilsəydilər, sürünərək də olsa bu namazlara gələrdilər. Mən, namazın iqamə edilməsini, sonra da bir kişiyə camaata namaz qıldırmağı əmr etməyi daha sonra isə əllərində odun bağları olan kişilərlə birlikdə gedib, namaza gəlməyənlərin evlərini yandırmağı istədim".
الترجمة
العربية Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Türkçe اردو 中文 हिन्दी বাংলা ئۇيغۇرچە Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili தமிழ் မြန်မာ Deutsch 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands සිංහල ไทย دری Кыргызча Lietuvių Kinyarwanda नेपाली Malagasy Italiano or ಕನ್ನಡ Oromoo Română Soomaali Српски Wolof Українська Moore Tagalog ქართული Magyarالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) münafiqlərin, xüsusən də sübh və işa namazlarına gəlmə məsələsində tənbəl olmaları, əgər onlar müsəlmanlarla birlikdə camaatla namaz qılmanın əcr və savabını bilsəydilər, uşaqların əlləri və dizləri üzərində iməklədikləri kimi bu iki namaza gəlmələri barədə xəbər vermişdir. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) namazın qılınmasını əmr edib sonra öz yerinə bir kişiyə camaata namaz qıldırmağı tapşırmağı sonra isə əllərində odun bağları olan kişilərlə birlikdə gedib, camaat namazına gəlməyənlərin etdikləri günahın böyüküyündən dolayı evlərini yandırmağı istəmişdir. Lakin evlərdə qadınlar, məsum uşaqlar və diğər üzürlü və bu işdə günahı olmayan kimsələrin olması, Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) bunu etməsinə mane olmuşdur.فوائد الحديث
Məsciddə camaat namazına getməməyin təhlükəli olması.
Münafiqlər, ibadətlərini, özlərini insanlara göstərmək və eşitdirməkdən başqa bir məqsədlə etməzlər. Onlar namazlara, insanlar onları gördükləri vaxtlarda gələrlər.
Sübh və işa namazlarının camaatla birgə qılınmasındakı savabın böyüklüyü və iməkləyərək də olsa məscidə bu iki namazı qılmaq üçün gəlməyin əhəmiyyəti.
Sübh və işa namazını camaatla birgə qılmağa həris olan kimsə nifaqdan uzaq olar. Bu namazlara gəlməmək isə münafiqlərin sifətlərindəndir.