إعدادات العرض
Kim doğru yola dəvət edərsə, o kəs, arxasınca gedənlərin savabı qədər savab qazanar və bu onların savablarından heç nəyi əksiltməz
Kim doğru yola dəvət edərsə, o kəs, arxasınca gedənlərin savabı qədər savab qazanar və bu onların savablarından heç nəyi əksiltməz
Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyi rəvayət edilir: "Kim doğru yola dəvət edərsə, o kəs, arxasınca gedənlərin savabı qədər savab qazanar və bu onların savablarından heç nəyi əksiltməz, kim də zəlalətə dəvət edərsə, onun arxasınca gedənlərin günahı qədər günah qazanar və bu onların günahından heç nəyi əksiltməz."
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Hausa Kurdî Kiswahili Português සිංහල Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá ئۇيغۇرچە ไทย پښتو অসমীয়া دری Кыргызча or Tiếng Việt नेपाली Malagasy Kinyarwanda తెలుగు Lietuvių Oromoo Română മലയാളം Nederlands Soomaali Српски Українська Deutsch ಕನ್ನಡ Wolof Moore Shqip ქართული Magyarالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) açıq-aydın bildirmişdir ki, kim insanları söz və ya əməllə, haqq və xeyir yoluna irşad etsə, yönəltsə və təşviq etsə, mükafatı, ona tabe olan kəslərin mükafatı qədər olacaq və buna görə ona tabe olanların mükafatından heç bir şey azalmayacaq. Kim insanları söz və ya əməllə, batil yola, günah, şərr və ya haram bir işə yönəltsə, ona tabe olanların günahı qədər günah qazanacaq və ona tabe olanların günahlarından da heçnə əksilməyəcək.فوائد الحديث
İstər az olsun, istərsə də çox- doğru yola dəvətin fəziləti və dəvət edənin mükafatı, əməl edənin əldə etdiyi mükafat qədər, eynilə həmin mükafata sahib olması. Bu da Allahın böyük lütfündən və səxavətinin kamilliyindəndir.
Zəlalətə çağırışın istər az, istərsə də çox olması təhlükəlidir və bu yola çağıran da o əməli edən qədər günah qazanar.
Əməlin mükafatı və yaxud cəzası, onun növündəndir, kim xeyirə dəvət edərsə, bu xeyirə əməl edənin mükafatı qədər savab qazanar. Kim isə şərr əməllərə dəvət edərsə, bu əməli törədənin günahı qədər günah qazanar.
Müsəlman, insanların gözü önündə günah işlərdə nümunə olmaqdan çəkinməlidir, çünki onu özünə örnək götürən insanları günaha təşviq etməsə belə onların törətdiyi günahlara görə də günah daşıyır.
التصنيفات
Bidət