Sizin üçün ən çox qorxduğum kiçik şirkdir" Dedilər: Kiçik şirk nədir, ey Allahın Rəsulu? Belə buyurdu: “Riya

Sizin üçün ən çox qorxduğum kiçik şirkdir" Dedilər: Kiçik şirk nədir, ey Allahın Rəsulu? Belə buyurdu: “Riya

Mahmud bin Ləbiddən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir: "Sizin üçün ən çox qorxduğum kiçik şirkdir" Dedilər: Kiçik şirk nədir, ey Allahın Rəsulu? Belə buyurdu: “Riya. İzzət və cəlal sahibi olan Allah Qiyamət günü, insanların əməllərinin qarşılığı veriləcəyi zaman onlara deyəcək: “Dünya həyatında özünüzü göstərdiyiniz insanların yanına gedin və baxın görün özünüz üçün onlarda bir mükafat tapırsınızmı?

[Həsən] [Əhməd rəvayət etdi]

الشرح

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, ümməti üçün ən çox qorxduğu məsələ, kiçik şirkdir ki, bu da riyadır- yəni adam insanlar üçün əməl edir. Sonra Qiyamət günü riyakarların cəzasından xəbər verir ki, onlara deyiləcək: Könüllərini almaq üçün çalışdığınız insanların yanına gedin və baxın görün, onlar sizi mükafatlandırmaq iqtidarındadılarmı?!

فوائد الحديث

İzzət və cəlal sahibi olan Allah üçün ixlasla əməl etmənin və riyadan çəkinmənin vacibliyi

Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) ümmətinə olan şəfqəti, onların hidayətinə olan hərisliyi və onlara nəsihəti.

Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) qorxu və narahatlığı salehlərin ən hörmətliləri olan səhabələrinə görə idisə, onlardan sonra gələn nəsillər üçün bu qorxu və narahatlıq daha şiddətlidir.

التصنيفات

Şirk, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) rəhməti