إعدادات العرض
“Ey insanlar, dində həddi aşmaqdan çəkinin, həqiqətən də sizdən əvvəlkiləri dində həddi aşmaqları məhv etdi”
“Ey insanlar, dində həddi aşmaqdan çəkinin, həqiqətən də sizdən əvvəlkiləri dində həddi aşmaqları məhv etdi”
İbn Abbasdan (Allah hər ikisindən razı olsun) belə söylədiyi rəvayət edilir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Əqabə gününün səhəri dəvəsinin üstündə ikən belə buyurdu: “Mənə daşlar topla.” Mən onun üçün atılacaq böyüklükdə yeddi daş topladım. Onları ovucunda silkələdi və dedi: “Bu böyüklükdə olanları atın!” Sonra dedi: “Ey insanlar, dində həddi aşmaqdan çəkinin, həqiqətən də sizdən əvvəlkiləri dində həddi aşmaqları məhv etdi”.
[Səhih] [İbn Məcə, Ən-Nəsai və Əhməd rəvayət ediblər]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Kurdî Kiswahili Português සිංහල Svenska ગુજરાતી አማርኛ Yorùbá ئۇيغۇرچە Tiếng Việt Hausa پښتو অসমীয়া دری Кыргызча or नेपाली Malagasy മലയാളം Čeština Oromoo Română Kinyarwanda Nederlands Soomaali తెలుగు ไทย Lietuvių Српски Українська Shqip ಕನ್ನಡ Wolof Moore ქართული Magyar Македонскиالشرح
İbn Abbas (Allah hər ikisindən razı olsun) xəbər verir ki, o, Cəmarətul-Əqəbəyə daş atılan günün səhəri-Qurban bayramı günü, vida həccində Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanında idi. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) ona çınqıl daşları yığmasını əmr etdi. O, da bir dənəsi noxud və ya fındıq böyüklüyündə olan yeddi daş topladı.Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) onları əlinə qoydu, sonra onları silkələdi və dedi: bu böyüklükdə olanları atın. Sonra Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) dini məsələlərdə ifratçılıq, şiddətli olmaq və həddi aşmaqdan çəkindirdi. Çünki, əvvəlki ümmətləri yalnız dində həddi aşmaq, ifratçılıq və şiddətli olmaq həlak etmişdir.فوائد الحديث
Dində həddi aşmağın qadağan edilməsi, bunun pis aqibətinin və həlak səbəbi olmasının bəyan olunması.
Bizdən öncəki ümmətlərin düşdüyü xətalardan qorunmaq üçün onlardan ibrət almaq.
Sünnəyə tabe olmağa təşviq etmək.
التصنيفات
Cahiliyyə məsələləri