إعدادات العرض
Qiyamət günü şəfaətimə nail olan ən xoşbəxt insan qəlbindən və ya içindən ixlasla “Lə iləhə illallah” deyən kimsədir". deyə buyurdu
Qiyamət günü şəfaətimə nail olan ən xoşbəxt insan qəlbindən və ya içindən ixlasla “Lə iləhə illallah” deyən kimsədir". deyə buyurdu
Əbu Hureyradan - Allah ondan razı olsun - rəvayət edilən bir hədisdə o, belə demişdir: Allah Rəsulundan -salləllahu aleyhi va səlləm: "Ey Allahın Rəsulu! Qiyamət günü sənin şəfaətinə nail olan ən xoşbəxt insan kimdir?" deyərək soruşuldu. Allah Rəsulu -salləllahu aleyhi va səlləm-: "Ey Əbu Hureyra, hədis öyrənməyə həris olduğunu gördüyüm üçün bu hədis barədə səndən əvvəl kimsənin məndən soruşmayacağını zənn etmişdim. Qiyamət günü şəfaətimə nail olan ən xoşbəxt insan qəlbindən və ya içindən ixlasla “Lə iləhə illallah” deyən kimsədir". deyə buyurdu.
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Tiếng Việt Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili မြန်မာ Deutsch 日本語 پښتو অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands ئۇيغۇرچە සිංහල தமிழ் ไทย دری Български Fulfulde Magyar Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių Malagasy or Română Kinyarwanda тоҷикӣ O‘zbek Akan नेपाली Moore Wolof Oromoo Soomaali Українська bm km rn ქართული Македонски Српскиالشرح
Peyğəmbər -salləllahu aleyhi va səlləm- bu hədisdə qiyamət günü şəfaətinə nail olan ən xoşbəxt insanın qəlbindən ixlasla: "Lə iləhə illallah" yəni, Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur deyən, şirkdən və riyadan uzaq olan kimsə olacağını xəbər vermişdir.فوائد الحديث
Peyğəmbərə -salləllahu aleyhi va səlləm- axirətdə şəfaət etmək hüququ veriləcəkdir. Bu şəfaət də ancaq tövhid əhli üçündür.
Peyğəmbərin -salləllahu aleyhi va səlləm- şəfaəti tövhid əhlindən Cəhənnəmə layiq olanların girməməsi və Cəhənnəmə girənlərin də oradan çıxması üçün vasitəçi olmasıdır.
Allah üçün ixlaslı bir şəkildə tövhid kəlməsini söyləməyin fəziləti və böyük təsiri vardır.
Tövhid kəlməsinin tətbiq edilməsi, bu kəlmənin mənasını bilərək və tələblərinə əməl edərək olur.
Əbu Hureyranın - Allah ondan razı olsun - fəziləti və elmə olan hərisliyi.
التصنيفات
Üluhiyyə tövhidi