إعدادات العرض
Kim Allahdan başqasına dua edərsə və bunun üzərində ölərsə cəhənnəmə girər
Kim Allahdan başqasına dua edərsə və bunun üzərində ölərsə cəhənnəmə girər
Abdullah bin Məsudun (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bir söz dedi, mən başqa bir söz dedim. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: "Kim Allahdan başqasına dua edərsə və bunun üzərində ölərsə cəhənnəmə girər" Mən dedim: Allahdan başqasına dua etmədən ölən, cənnətə daxil olar."
[Səhih] [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Türkçe اردو 中文 हिन्दी Tagalog Kurdî Português മലയാളം తెలుగు Kiswahili தமிழ் සිංහල မြန်မာ Deutsch 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá ئۇيغۇرچە Hausa ไทย دری Кыргызча or Kinyarwanda नेपाली Română Malagasy Lietuvių Oromoo Nederlands Soomaali Српски Українська ಕನ್ನಡ Wolof Moore ქართული Magyar Македонскиالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bizə xəbər verir ki, uca Allahdan başqasına dua etmək, Ondan qeyrisindən yardım diləmək, Allaha xas olan hər bir növ ibadəti başqasına yönəldərsə və bu üzrə ölərsə, cəhənnəm əhlindən olar. İbn Məsud (Allah ondan razı olsun) əlavə etdi ki, kim Allaha şərik qoşmadan ölərsə, son gedəcəyi yer cənnət olar.فوائد الحديث
Dua ibadətdir, yalnız uca Allaha edilər.
Tövhidin fəzilətindəndir ki, tövhid üzərində ölən kəs bəzi günahlarına görə cəzalansa da, sonda cənnətə daxil olar.
Şirkin təhlükəsi odur ki, onun üzərində ölən kəs cəhənnəmə daxil olar.
التصنيفات
Üluhiyyə tövhidi