إعدادات العرض
bəs (indi) nəyin üzərinə beyət edirik?" O: “ Allaha ibadət edib, Ona heç bir şeyi şərik qoşmamanıza, beş vaxt namaza, itaət edəcəyinizə– bundan sonra səsini aşağı salaraq- və insanlardan heç nə istəməyəcəyinizə.”
bəs (indi) nəyin üzərinə beyət edirik?" O: “ Allaha ibadət edib, Ona heç bir şeyi şərik qoşmamanıza, beş vaxt namaza, itaət edəcəyinizə– bundan sonra səsini aşağı salaraq- və insanlardan heç nə istəməyəcəyinizə.”
Əbu Muslim əl-Xavlənidən belə dediyi rəvayət edilir: Sevimli və etibarlı olan kəs mənə danışdı -mənim üçün sevimli və etibarlı olan Auf bin Məlik əl-Əşcai (Allah ondan razı olsun) belə dedi: Biz Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) yanında doqquz, səkkiz və ya yeddi nəfər idik və O (Allahın salavatı və salamı onun üzərinə olsun): “Allahın Rəsuluna beyət etməyəcəksinizmi?” deyə soruşdu. Biz təzəlikcə beyət etmişdik və dedik: “Biz sənə beyət etmişik, ey Allahın Rəsulu". Sonra o, yenə: “Allahın elçisinə beyət etməyəcəksinizmi?”-deyə soruşdu. “Biz sənə beyət etmişik, ey Allahın Rəsulu" deyə cavab verdik. Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) yenə soruşdu: "Allah Rəsuluna beyət etməyəcəksinizmi?" Biz əllərimizi uzadaraq dedik: “Sənə beyət etdik, ey Allahın Elçisi, bəs (indi) nəyin üzərinə beyət edirik?" O: “ Allaha ibadət edib, Ona heç bir şeyi şərik qoşmamanıza, beş vaxt namaza, itaət edəcəyinizə– bundan sonra səsini aşağı salaraq- və insanlardan heç nə istəməyəcəyinizə.”-deyə buyurdu. (Bundan sonra onlardan) bəzi kəslərin qamçısının yerə düşdüyünü gördüm. Heç kəsdən qamçısını ona verməsini belə istəməzdi.
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Tagalog Türkçe اردو 中文 हिन्दी Tiếng Việt සිංහල Hausa Kurdî Kiswahili Português Русский Svenska ગુજરાતી አማርኛ Yorùbá ئۇيغۇرچە پښتو অসমীয়া دری Кыргызча or Malagasy नेपाली Čeština Oromoo Română Nederlands Soomaali తెలుగు മലയാളം Српски ไทย Kinyarwanda ಕನ್ನಡ Lietuvių Shqip Wolof Українська ქართული Moore Magyar Македонскиالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bir neçə sahabə ilə birlikdə idi. Və onlardan üç dəfə ona, bəzi işlərə əməl edəcəklərinə dair söz vermələrini və beyət etmələrini istədi: Birincisi: Allahın əmrlərinə tabe olmaq və qadağalarından çəkinməklə, yalnız Ona ibadət etmək və Ona heç bir şeyi şərik qoşmamaq. İkincisi: Gündüz və gecə vacib olan beş vaxt namazı qılmaq. Üçüncüsü: Müsəlmanların əmiri olan kəslərə xeyir işlərdə dinləyib- itaət etmək. Dördüncüsü: Bütün ehtiyacların ödənilməsini Allaha yönəltmək və insanlardan heç nə istəməmək. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bunu deyərkən səsini aşağı saldı. Səhabələr (Allah onlardan razı olsun) beyət etdikləri şeyləri yerinə yetirdilər, hətta hədisin ravisi (hədisi danışan kəs) dedi: Mən o səhabələrdən bir neçəsinin qamçısının yerə düşdüyünü gördüm . Və heç kəsdən qamçısını ona verməsini istəməzdi. Əksinə özü minikdən aşağı enib götürərdi.فوائد الحديث
İnsanlardan bir şey istəməyi tərk etməyə, Allahdan başqasından istəmək sayılan hər şeydən uzaq olmağa və sadə bir iş olsa belə, insanlara ağız açmamağa təşviq etmək.
Qadağan edilən istək: Dünyəvi məsələlərlə bağlı istəkdir. Bu elmi və dini məsələlərdə soruşmağa-yardım istəməyə aid deyil.
التصنيفات
Üluhiyyə tövhidi