إعدادات العرض
Səni şübhəyə salan şeyi, şübhəyə salmayan şeylə dəyiş. Çünki düzlük arxayınlıqdır, yalan isə şübhədir
Səni şübhəyə salan şeyi, şübhəyə salmayan şeylə dəyiş. Çünki düzlük arxayınlıqdır, yalan isə şübhədir
Əbu əl-Həvra əs-Sədi rəvayət edir ki, mən Həsən bin Əliyə (Allah onların hər ikisindən razı olsun) dedim: Sən Allahın Rəsulundan (sallallahu aleyhi və səlləm) nə əzbərləmisən? O, dedi: Mən Allah Rəsulundan (sallallahu aleyhi və səlləm) bunu əzbərləmişəm: "Səni şübhəyə salan şeyi, şübhəyə salmayan şeylə dəyiş. Çünki düzlük arxayınlıqdır, yalan isə şübhədir".
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी ئۇيغۇرچە Hausa Kurdî Português සිංහල Nederlands অসমীয়া Tiếng Việt Kiswahili ગુજરાતી پښتو Română മലയാളം नेपाली Deutsch Кыргызча ქართული Moore Magyar తెలుగు Svenska Македонски ಕನ್ನಡ Українська አማርኛ Kinyarwanda Oromoo ไทย Lietuvių Српски मराठी ਪੰਜਾਬੀ دری Malagasy ភាសាខ្មែរ O‘zbek தமிழ்الشرح
Peyğəmbər (sallallahu aleyhi və səlləm) qadağan olub-olmamasında, haram və ya halal olub-olmamasında şəkk etdiyin söz və əməlləri, şəkk etmədiyin, yaxşı və caiz olduğuna əmin olduğun şeylərlə dəyişməyi əmr etmişdir. Çünki qəlb, yaxşı və caiz olanla arxayınlıq və rahatlıq tapır. Şübhə olan hər bir şey isə qəlbin narahat və təlaş içərisində olmasına səbəb olur.فوائد الحديث
Müsəlman öz işlərini yəqinlik üzərində qurmalı, şübhəli olan şeyləri tərk etməli və dinində bəsirətli olmalıdır.
Şübhəli şeylərə düşməyin qadağan olunması.
Əgər arxayınlıq və rahatlıq istəyirsənsə, şübhə etdiyin şeyi tərk et və onu bir kənara qoy.
Allahın qullarına olan rəhməti. Belə ki, Uca Allah onlara nəfsə və ağıla rahatlıq gətirən işləri əmr etmiş, onları narahatlıq və çaşqınlıqa salan şeylərdən isə çəkindirmişdir.
التصنيفات
Ziddiyyət və tərcih etmək