Həqiqətən, ruqyə, tilsimlər və tivələ (sevgi duası) şirkdir

Həqiqətən, ruqyə, tilsimlər və tivələ (sevgi duası) şirkdir

Abdullah bin Məsuddan (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Allah Rəsulunun(Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: "Həqiqətən, ruqyə, tilsimlər və tivələ (sevgi duası) şirkdir."

[Səhih] [Əbu Davud,İbnu Məcə və Əhməd rəvayət etdi]

الشرح

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Allaha şərik qoşulacaq bəzi əməlləri bəyan etmişdir: Birincisi: Ruqyə- Cahiliyyə dövrü insanların şəfa dilədikləri şirki ehtiva edən sözlər. İkincisi: Tilsimlər- nəzərdən qorunmaq üçün uşaqların, heyvanların və s-nin boyunlarına taxılan, muncuqlar və bənzəri şeylərdən hazırlanmış əşyalar. Üçüncüsü: Tivələ- Ər və qadının birinin digərini sevməsi üçün hazırlanan əşya. Sözügedən əşyaların səbəb kimi istifadə edilməsinə görə bu əməllər şirkdən hesab edilir, həqiqətdə bu əşyalar nə şərii dəlillərə əsaslanan səbəblərdir, nə də ki, təcrübə ilə əldə edilən duyulan, hissi səbəblərdir. Lakin Quran oxumaq kimi şərii və dərman qəbulu kimi təcrübə ilə sabit olan toxunma və hissi orqanlarla dərk edilən səbəblər və bunların sadəcə səbəb olmasına etiqad etmək icazəlidir və hər bir halda xeyirin və zərərin Allahın əlində olmasına etiqad etmək gərəkir.

فوائد الحديث

Tövhid və əqidənin ona xələl gətirəcək şeylərdən qorunması.

Tilsimi, tivələni və şirki ehtiva edən ruqyəni istifadə etməyin haramlığı.

İnsanın bu üç şeyi səbəb olaraq etiqad etməsi kiçik şirkdir, çünki səbəb olmayan bir şeyi səbəb etmişdir, lakin onların özlərinin fayda və zərər verdiklərinə etiqad etmək isə böyük şirkdir.

Şirk və haram olan səbəbləri etməyin qadağan edilməsi.

Şərii olan ruqyədən başqa, digər ruqyələrin haramlığı və şirk olması.

Qəlb yalnız Allaha bağlı olmalıdır. Zərər və fayda, şəriki olmayan Allahdandır, xeyir yalnız Allahdan gələr və şərləri də yalnız Allah dəf edər

İcazəli ruqyənin üç şərti var:

-1.Onun səbəb olaraq istifadəsinə və yalnız Allahın izni ilə fayda verəcəyinə etiqad etmək

-2.Quranla, Allahın isim və sifətləri ilə, sünnədə gələn dualar və digər icazəli dualarla etmək.

3.Başa düşülən dildə olmalı, içində sehr və tilsim olmamalıdır.

التصنيفات

Şəri ovsunlar