إعدادات العرض
“Zənn etməkdən çəkinin; çünki zənn, ən yalan ifadədir
“Zənn etməkdən çəkinin; çünki zənn, ən yalan ifadədir
Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir: “Zənn etməkdən çəkinin; çünki zənn, ən yalan ifadədir. Bir-birinizin gizli işlərini araşdırmayın, qüsurlarını axtarmayın, bir-birinizə paxıllıq etməyin, bir-birinizdən üz çevirməyin, bir-birinizə nifrət etməyin və ey Allahın qulları, qardaş olun!”
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili தமிழ் မြန်မာ Deutsch 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá ئۇيغۇرچە සිංහල ไทย دری Кыргызча or Kinyarwanda नेपाली Română Malagasy Lietuvių Oromoo Nederlands Soomaali Српски Українська ಕನ್ನಡ Wolof Moore ქართული Magyar Македонскиالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) müsəlmanlar arasında təfriqə və düşmənçiliyə səbəb olan bəzi şeyləri qadağan edir və onlardan çəkindirir. Bunlardan: (Zənn) -o, qəlbdə yer alan dəlil-sübutsuz ittihamdır və onun ən yalan ifadələrdən olduğunu bəyan edir. (Əttəhəssus):Insanların şəxsi həyatlarını baxmaqla və ya dinləməklə araşdırmaq. (Əttəcəssus)- gizli işləri araşdırmaqdır və bu daha çox şərr və pislikləri nəzərdə tutur. (Əl-Həsəd)-başqalarının əldə etdiyi nemətə qərəzli olmaq, nifrət etmək. (Əttədəbur)-Bir-birindən üz çevirmək, bir birinə salam verməmək və ziyarət etməmək. (Əttəbağud)-Nifrət və sevməmək, başqalarına əziyyət vermək, qaşqabaqlı olub, insanları pis qarşılamaq. Sonra müsəlmanların bir-birinə qarşı davranışlarını yoluna qoyacaq geniş mənalı bir kəlmə dedi: "Ey Allahın qulları, qardaş olun." Qardaşlıq insanlar arasındakı münasibətləri tənzimləyən və onlar arasında sevgi və ünsiyyəti artıran bir bağdır.فوائد الحديث
Pis əlamətləri ortaya çıxan kəsdən pis zənn etmək zərər yetirməz, mömin ağıllı və müdrik olmalıdır, pis və günahkar insanlara aldanmamalıdır.
Zənndən çəkindirməkdən məqsəd, onun insanın nəfsində qərarlaşmamasına və israr etməməsinə nail olmaqdır, amma öncəliklə qəlbdə yer alıb, sonradan keçib-gedən zənnə görə insan hesaba çəkilməz.
Nifrət, kin və müsəlman toplumun fərdləri arasında ayrıseçkiliyə səbəb olan həsəd, insanların şəxsi həyatlarını qeyri etik yollarla araşdırma və bu kimi bənzər vasitələrin haramlığı.
Müsəlmana qardaş davranışı ilə nəsihət vermək və sevgi bildirmək tövsiyyəsi.
التصنيفات
Pis əxlaq