Hər bir xeyirxahlıq sədəqədir

Hər bir xeyirxahlıq sədəqədir

Cabir bin Abdullahdan (Allah onların hər ikisindən razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Hər bir xeyirxahlıq sədəqədir."

[Səhih] [Əl-Buxari Cabirin hədisini, Muslim Huzeyfə hədisini rəvayət etdilər]

الشرح

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) hər bir xeyir əməlin və başqalarına fayda verəcək hər bir söz və hərəkətin sədəqə olduğunu, buna görə əcr və savab yazıldığını xəbər verir.

فوائد الحديث

Sədəqə yalnız insanın mal-dövlətindən xərclədiyi vəsaitlərlə məhdudlaşmır, o, həmçinin insanın etdiyi və söylədiyi və insanlara faydası olan bütün xeyirləri əhatə edir.

Xeyir əmələ və başqalarına fayda verəcək işlərə təşviq.

Kiçik və cüzi olsa belə, xeyirdən olan heç bir şeyi kiçik görməmək.

التصنيفات

Saleh əməllərin fəziləti