إعدادات العرض
Güclü, güləşdə qalib gələn deyil, həqiqi güclü, qəzəb zamanı nəfsini cilovlayan insandır
Güclü, güləşdə qalib gələn deyil, həqiqi güclü, qəzəb zamanı nəfsini cilovlayan insandır
Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Güclü, güləşdə qalib gələn deyil, həqiqi güclü, qəzəb zamanı nəfsini cilovlayan insandır."
[Səhih] [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Bahasa Indonesia Tagalog Türkçe اردو 中文 हिन्दी Français Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili தமிழ் සිංහල မြန်မာ Русский Deutsch 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands ئۇيغۇرچە ไทย دری Fulfulde Magyar Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių or Română Kinyarwanda Српски O‘zbek Moore नेपाली Oromoo Wolof Soomaali Български Українська Malagasy ქართული тоҷикӣ bm Македонски Ελληνικάالشرح
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, həqiqi qüvvət bədən gücü deyil və ya güclülərlə əlbəyaxa olub onlara qalib gəlmək deyil, həqiqi güclü, qəzəblənən zaman öz nəfsiylə mubarizə aparıb, özünü ələ alandır. Bu isə onun çox təmkinli olmasına və şeytana qalib gəlməsinə dəlalət edir.فوائد الحديث
Yumşaqlığın və qəzəb zamanı insanın nəfsini cilovlamasının fəziləti və bunun, İslamın çağırdığı saleh əməllərdən olması.
Qəzəb zamanı nəfslə mübarizə, düşmənlə mubarizədən daha çətindir.
İslamın, cahiliyyədəki güc-qüvvət anlayışını dəyişərək onu uca əxlaqla dəyərləndirməsi, İslama görə insanların ən qüvvətlisi hisslərini cilovlayan kəsdir.
Fərdlərə və cəmiyyətə zərər verdiyi üçün qəzəbdən uzaqlaşmaq.
التصنيفات
Gözəl əxlaq