Allaha və axirət gününə iman gətirən, ya xeyir söyləsin, ya da sussun

Allaha və axirət gününə iman gətirən, ya xeyir söyləsin, ya da sussun

Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Allaha və axirət gününə iman gətirən, ya xeyir söyləsin, ya da sussun, Allaha və axirət gününə iman gətirən qonşusuna yaxşılıq etsin, kim Allaha və axirət gününə iman gətirirsə, qonağına qarşı səxavətli və əliaçıq olsun."

[Səhih] [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]

الشرح

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Allaha və dönəcəyi axirət gününə iman gətirən mömin barədə bəhs edir, etdiyi əməlin müqabilini alacağı barədə xəbər verir. İmanı onu aşağıdakı xüsusi keyfiyyətlərə yiyələnməsinə təşviq edir: Birincisi: Təsbih (SubhənaAllah), təhlil (lə iləhə iləllaAllah), xeyir işlərə çağırmaq və qadağalardan çəkindirmək, insanların arasını gözəl sözlərlə islah etmək kimi gözəl sözlər. Bunu etmək iqtidarında olmazsa, susmalı, əziyyət verməkdən çəkinməli və dilini pislikdən qorumalıdır. İkincisi: Qonşuya qarşı ehtiramla yanaşmaq: ona xeyirxahlıq etmək, əziyyət verməmək. Üçüncüsü: Səni ziyarətə gələn qonağa: gözəl söz, yemək təqdim etmək və buna bənzər səxavətli əməllərlə yaxşılıq etmək.

فوائد الحديث

Allaha və axirət gününə iman etmək bütün xeyirlərin əsasıdir, iman xeyir işlər görməyə həvəsləndirir.

Dilin bəlalarından çəkindirmək.

İslam dini ülfət, birlik və səxavət dinidir.

Bu xüsusiyyətlər imanın şaxələrindən və tərifəlayiq ədəblərdəndir.

Çox danışmaq bəzən bəyənilməyənə və ya haram sözə gətirib çıxara bilər, salamatlıq yalnız xeyir söyləməkdədir.

التصنيفات

Gözəl əxlaq