إعدادات العرض
Evlərinizi qəbirstanlığa çevirməyin. Həqiqətən şeytan Bəqərə surəsi oxunan evdən qaçır.
Evlərinizi qəbirstanlığa çevirməyin. Həqiqətən şeytan Bəqərə surəsi oxunan evdən qaçır.
Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Evlərinizi qəbirstanlığa çevirməyin. Həqiqətən şeytan Bəqərə surəsi oxunan evdən qaçır. "
الترجمة
العربية Bosanski English فارسی Français Bahasa Indonesia Русский Türkçe اردو 中文 हिन्दी বাংলা Español Kurdî Português മലയാളം తెలుగు Kiswahili தமிழ் සිංහල မြန်မာ ไทย Deutsch 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands ئۇيغۇرچە Hausa دری Magyar Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių Malagasy Română Kinyarwanda नेपाली Српски Soomaali Moore Українська Български Tagalog Wolofالشرح
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) evlərdə namaz qılınmasının tərkini qadağan etmişdir. Çünki namaz qılınmayan ev qəbirstanlıq kimidir. Sonra Allah rəsulu-sallallahu aleyhi və səlləm-xəbər verir ki, şeytan Bəqərə surəsi oxunan evdən qaçar.فوائد الحديث
Evdə ibadətləri və nafilə namazlarını çoxaltmağın müstəhəb olması.
Qəbirstanlıqda namaz qılmaq icazəli deyil, çünki şirkə sürükləyən vasitələrdəndir və həmçinin qəbirdəkilərin şənini ifrat etməkdir. Orada yalnız cənazə namazı icazəlidir.
Qəbirlər olan yerdə namaz qılmağın qadağan edilməsi sahabələr arasında artıq aydın məsələ idi. Buna görə də Allah rəsulu-sallallahu aleyhi və səlləm- evləri, qəbirstanlıqlarda olduğu kimi namaz qılınmayan məkana çevirməyi qadağan etmişdir.
التصنيفات
Surə və ayələrin fəziləti