Allahın qulları üzərində haqqı Ona ibadət edərək, Ona heç bir şeyi şərik qoşmamaqdır. Qulların Allah üzərində haqları isə, Ona şərik qoşmayan kəsə əzab verməməsidir

Allahın qulları üzərində haqqı Ona ibadət edərək, Ona heç bir şeyi şərik qoşmamaqdır. Qulların Allah üzərində haqları isə, Ona şərik qoşmayan kəsə əzab verməməsidir

Muazdan -Allah ondan razı olsun - olan rəvayətdə o dedi: Bir dəfə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Ufeyr adlanan uzunqulağın belində öndə , mən isə arxada oturmuşdum. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) (mənə) dedi: Ey Muaz, Allahın qulları üzərindəki və qulların Allah üzərindəki haqlarını bilirsənmi? Dedim: Allah və Rəsulu ən doğrusunu bilir. Dedi: "Allahın qulları üzərində haqqı Ona ibadət edərək, Ona heç bir şeyi şərik qoşmamaqdır. Qulların Allah üzərində haqları isə, Ona şərik qoşmayan kəsə əzab verməməsidir.", Mən dedim: Ey Allahın Rəsulu! Bununla insanları müjdələməyimmi? Müjdələmə, yoxsa arxayınlaşarlar - dedi.

[Səhih] [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]

الشرح

Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) Allahın qullar üzərində olan haqqını və qulların Allah üzərində olan haqqını bəyan edir və bildirir ki, Allahın qullar üzərində haqqı yalnız Ona ibadət etmək və Ona heç nəyi şərik qoşmamaqdır. Qulların Allah üzərində haqqı, Ona heç nəyi şərik qoşmayan tövhid əhlinə əzab verməməsidir. Sonra Muaz deyir: Ey Allahın Rəsulu, insanlar bu sevindirici xəbərlə sevinsinlər və şad olsunlar deyə onları müjdələməyim? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) insanların buna arxayın olmasından qorxduğu üçün müjdələməyi ona qadağan edir.

فوائد الحديث

Allahın qullarına vacib etdiyi haqlarının bəyanı: Ona ibadət edib, heç nəyi Ona şərik qoşmamaları.

Qulların Allah üzərində olan, Onun tərəfindən onlara fəzilət və nemət olaraq Allahın özünə vacib etdiyi haqlarının bəyanı: Onları cənnətinə daxil etməsi və onlara əzab verməməsi.

Burada Uca Allaha şərik qoşmayan tövhid əhlinə, son mənzillərinin cənnət olması ilə bağlı böyük müjdə vardır.

Muaz (Allah ondan razı olsun) elmi gizlətməyin günahından qorxduğu üçün ölümündən öncə bu hədisi söyləyir

Bəzi insanların, mənalarını anlamayacaqlarından ehtiyat edib, onların yanında əməl etməklə və şəriətin hədlərindən hər hansı hədlə əlaqəsi olmayan bəzi hədisləri yaymamaq.

Tövhid əhli arasındakı günahkarlar Allahın istəyi altındadır, istəsə onları bağışlayar, istəsə onlara əzab verər, lakin sonda gedəcəkləri yer cənnətdir.

التصنيفات

Üluhiyyə tövhidi, Tövhidin fəziləti