إعدادات العرض
Bir insan hansısa bir qəbrin yanından keçərkən belə deyər: "Kaş ki, onun yerində mən olaydım" deməyincə Qiyamət qopmayacaq
Bir insan hansısa bir qəbrin yanından keçərkən belə deyər: "Kaş ki, onun yerində mən olaydım" deməyincə Qiyamət qopmayacaq
Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir: "Bir insan hansısa bir qəbrin yanından keçərkən belə deyər: "Kaş ki, onun yerində mən olaydım" deməyincə Qiyamət qopmayacaq".
[Səhih] [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]
الترجمة
ar en my sv cs gu yo ur id ug si hi ha sw ps as prs ky or tr vi ne rw te bs lt ro ml nl so sr ku uk de kn wo mos sq pt ka zh hu fa mk ta bn ru mgالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, bir insan qəbrin yanından keçib, onun sahibinin yerində olmağı, yəni ölməyi arzulamayana qədər Qiyamət qopmaz. Buna səbəb batilin və batil əhlinin baş alıb getməsi, fitnələrin, günahların və pis işlərin meydana çıxmasına görə həmin adamın dinini itirmək qorxusudur.فوائد الحديث
Bu, Qiyamətə yaxın, axır zamanlarda günahların və fitnələrin baş almasına işarədir.
Ehtiyat etməyə, iman və saleh əməllərlə ölümə hazırlaşmağa, fitnə və fəlakətə aparan yerlərdən uzaq durmağa çağırış.